Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının memarı Qavriil Ter-Mik…

Şrift
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının memarı Qavriil Ter-Mik…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının memarı Qavriil Ter-Mik….

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının memarı Qavriil Ter-Mikelov haqqında məlumat verməzdən öncə qeyd edim ki, 1910-cu ilə kimi Bakıda şəhər varlılarının əylənməsi üçün taxtadan pavilyon mövcud idi. Suvaqlanmış və əhənglənmiş bu taxta bina "Ağ klub" adlandırılırdı. Bina Bakı qalasının Şirvan qapısı yaxınlığında yerləşirdi.

Bir dəfə gecə güclü xəzri küləyi nəticəsində binada yanğın başlayır və "Ağ klub" tamamilə yanaraq məhv olur. Binanın qəsdən yandırılması da ehtimal edilir. 1910-cu ildə "Ağ klub"un yanaraq məhv olmasından sonra şəhərdə zənginlərin əylənməsi üçün yeni bina inşa edilməsinə ehtiyac var idi.

Binanın layihəsinin hazırlanması mülki-mühəndis Qavriil Ter-Mikelova həvalə edilir. O, yerli filarmoniya binası ilə tanış olmaq üçün Monte-Karloya ezam edilir və Bakı üçün Monte-Karlo filarmoniyasına bənzər bina layihəsi hazırlayır. Monte-Karlo filarmoniyası öz gözəlliyinə görə Avropanın ən gözəl konsert salonlarından biri hesab edilirdi.

Bəs Qavriil Ter-Mikelov kimdir? O, 1874-cü ildə Stavropolda Tiflisdən gələn erməni ailələrindən birində anadan olub. Atası sənaye və ticarət şirkətlərində işləyib və tez-tez iş gəzintiləri ilə məşğul olub.

Qavriil məktəbə başlamazdan əvvəl Stavropolda yaşayırdı. Orta təhsilini Tiflis Real Məktəbində alıb. 1899-cu ildə Ter-Mikelov Sankt-Peterburq İnşaat Mühəndisləri İnstitutunun memarlıq şöbəsini bitirib, sonra onun memarlığı və yaradıcılığı başlıca olaraq Bakı və Tbilisidə keçib.

Ter-Mikelov 10 ildən artıq Bakıda yaşayıb. Yaradıcılıq cəmiyyəti yaradıb və 1904-cü ildən 1918-ci ilə qədər layihələr alaraq onları həyata keçirib. Bu cəmiyyətin ən əhəmiyyətli binalarından biri də Bakı Filarmoniyasıdır.

Yeri gəlmişkən, onun Bakıda layihələndirdiyi binaları sizə təqdim edirik: Yüzbaşyanlar malikanəsi (1900–1901) Tiflis Kommersiya Bankının Bakı filialı (1901) Bakı Kommersiya məktəbinin binası (1901) Adamyan qardaşlarının mədaxil evi (1908–1909) Tağıyev qardaşlarının mədaxil evi (1909–1911) Sadıqov qardaşlarının mədaxil evi (1909–1912) İctimai məclislər üçün yay binası (1910–1912)- sonradan Azərbaycan Dövlət Akademik Filarmoniyasının binası adlandırılıb Dövlət bank işçilərinin yaşayış binası (1926) Fizioterapiya İnstitutunun binalar kompleksi (1937) P. S. Əlavə qeydləriniz varsa, yazın, tarixi birlikdə öyrənək!!!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗