Tarixdə pasporta bənzər ilk sənədlər çox qədim zamanlara gedib çıxır, lakin müasir mənada…

Şrift
Tarixdə pasporta bənzər ilk sənədlər çox qədim zamanlara gedib çıxır, lakin müasir mənada…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Tarixdə pasporta bənzər ilk sənədlər çox qədim zamanlara gedib çıxır, lakin müasir mənada….

Tarixdə pasporta bənzər ilk sənədlər çox qədim zamanlara gedib çıxır, lakin müasir mənada pasport verən ilk dövlət olaraq ən çox İngiltərə qeyd olunur. "Nehemya Kitabı"nda (Əhdi-Ətiqdə) fars hökmdarı I Artakserks tərəfindən Nehemyaya verilən məktub-təhlükəsiz keçid sənədi-ən erkən nümunələrdən biri hesab olunur (təqribən e. ə.

5-ci əsr). 1414-cü ildə Kral V Henrix dövründə təhlükəsiz keçid sənədi kimi "passport" (pass + port, yəni "limandan keçid") adlı sənəd verilməyə başlandı. Bu sənəd ingilis vətəndaşlarının xarici ölkələrə səyahətində təhlükəsizliyi təmin etməyə xidmət edirdi. 19-cu əsrdə isə sənədlər daha sistemli formada inkişaf etdi.

I Dünya Müharibəsindən sonra Millətlər Cəmiyyətinin təşəbbüsü ilə beynəlxalq pasport standartları yaradıldı. Osmanlı İmperiyasında ilk pasportlara bənzər sənədlər 19-cu əsrin əvvəllərində verilməyə başlandı. 1867-ci ildə Osmanlıda "mürur tezkeresi" adlı keçid sənədləri qanunla tənzimləndi.

Bu sənədlər həm daxili, həm də xarici səyahətlər üçün lazım olurdu. Rusiya çox erkən dövrlərdə daxili pasport sistemindən istifadə edib. 18-19-cu əsrlərdə kəndlilər, işçilər və şəhər sakinləri hərəkət etmək üçün pasport almalı idilər. Bu sistem daha çox əhalini nəzarətdə saxlamaq üçün istifadə olunurdu.

Fransada pasport sistemi Fransız İnqilabından əvvəl mövcud idi. 1792-ci ildən etibarən, inqilab zamanı vətəndaşların hərəkəti üçün pasport tələb olunmağa başladı. Almaniyada ilk pasportlar 19-cu əsrdə müxtəlif alman knyazlıqları tərəfindən verilir, çünki, Almaniya vahid dövlət deyildi. 1871-ci ildə Almaniya birləşdikdən sonra, daha mərkəzləşdirilmiş pasport sistemi tətbiq olunmağa başladı. ABŞ-də ilk rəsmi pasportlar 18-ci əsrin sonunda, ABŞ müstəqillik qazandıqdan sonra verilməyə başlandı. 1856-cı ildən etibarən yalnız Dövlət Departamenti tərəfindən verilməsi qanunla müəyyənləşdirildi. 1918-ci ildən isə pasport xarici səyahət üçün məcburi oldu.

İranda Qacarlar dövründə səyahət üçün padşah fərmanları və keçid sənədləri istifadə olunurdu. Pəhləvi dövründə müasir pasport sistemi quruldu. SSRİ-də isə pasport sisteminə 27 dekabr 1932-ci ildə keçilmişdi.

Amma 1959-cu ilə qədər kəndlilərə pasport verilmədi… Dəyərli dostlar, bəs siz hansı məlumatları əlavə edərdiniz?

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗