İsmayıl bəy Camalbəyov — həyatı və yaradıcılığı

Şrift
İsmayıl bəy Camalbəyov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə İsmayıl bəy Camalbəyov — həyatı və yaradıcılığı.

İsmayıl bəy Camalbəyov 1883-cü ildə Naxçıvan şəhərində doğulub. Məktəb təhsilini də orada alıb. O, 1915-ci ildə yaradılmış "Mücahidin" Milli Partiyasının liderlərindən olub.

1918-ci ilin fevra­lın­­da Zaqafqaziya Komissarlığını Zaqafqaziya Seyminin əvəz etdiyi və Zaqafqaziyanı müstəqil dövlətlərə parçalamaq uğrunda fəaliyyətin gücləndiyi dövrdə Naxçıvanın növbəti daşnak hücumlarından müdafiəsinin təşkilində ciddi rol oynayıb. İsmayıl bəy Güllü Şərif qızı ilə ailə qurmuşdu. Güllü xanım 1879-cu ildə Tiflis şəhərində anadan olub, Sumbatov küçəsi, ev 9 ünvanında yaşayıb.

Camalbəyov İsmayıl Abbasqulu oğlu SSRİ Ali Məhkəmə Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən 05. 01. 1938-ci il tarixdə əksinqilabi-millətçilik fəaliyyətinə görə güllələnməyə məhkum edilib. Camalbəyova Güllü Şərif qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04. 07. 1934-cü il tarixli qərarına əsasən 31. 12. 1937-ci il tarixdə verilmiş SSRİ XDİK Xüsusi Müşavirəsinin 09. 04. 1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. Zaqafqaziya Hərbi Dairəsi Hərbi Tribunalının 16 mart 1995-ci il qərarına əsasən Camalbəyova Güllü Şərif qızına bəraət verilib.

Ötən əsrin 20-ci illərində İsmayıl Camalbəyov Makuda Naxçıvanın ilk konsulu olub. İsmayıl bəy Camalbəyov 1938-ci ildə repressiyaya uğrayıb. O, SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən 5 yanvar 1938-ci ildə əks­inqilabi-millətçilik fəaliyyətinə görə güllələnməyə məhkum edilib, qərar yanvar ayının 6-da icra olunub…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗