Əziz tarixsevər dostlar!

Şrift
Əziz tarixsevər dostlar!

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əziz tarixsevər dostlar!.

Əziz tarixsevər dostlar! Azərbaycan milli istiqlal hərəkatının fəal nümayəndələrindən olan Səttar Əfəndiyev Hacı Əbdül Hüseyn əfəndinin ailəsində, Quba qəzasının Pirəbədil kəndində dünyaya gəlib. Mənbələrdə doğum tarixi dəqiq göstərilmir.

Atası Hacı Əbdül Hüseyn əfəndi mahalın varlı, nüfuzlu, dindar və ziyalı şəxslərindən biri idi. Bu nəslin nümayəndələri çox savadlı olduqlarından onların evi mahal camaatı tərəfindən "Axund Evi" adlandırılırdı. Mədrəsə təhsili alan Səttar Əfəndiyev ərəb, fars, rus və tat dillərini mükəmməl bilirdi.

Səttar Əfəndiyev daşnaklara qarşı özünümüdafiə dəstələrinə və onların təşkilinə başçılıq edib, Qanlı Dərə, Sarvan stansiyası döyüşlərində xüsusi şücaət göstərib, Güllü Təpə yığıncağında iştirak edib. Göstərdiyi xidmətlərə görə ona podpolkovnik rütbəsi də verilib. Həmdulla əfəndi Əfəndizadə ilə həm də silahdaş olan Səttar Əfəndiyev onunla birlikdə bir çox döyüşlərdə çiyin-çiyinə vuruşub.

Azərbaycan ruslar tərəfindın iğşal edildikdən sonra baş vermiş Quba üsyanının başçılarından biri olub. Gəncə üsyanında qardaşı Şəmsəddin Əfəndiyevlə birlikdə iştirak edib. Hətta döyüşlərin birində ağır yaralanıb.

Belə ki, güllə onun sinəsindən girərək kürəyindən çıxıb. Sonralar bu güllə yarası onun həbsində mühüm rol oynayır. Nəriman Nərimanov tərəfindən Səttar Əfəndiyevə bəraət verilsə də onu həbs edirlər.

Çox zirək olduğundan həbsdən qaçaraq Türkmənistanda, Dağıstanda başqa adla qaçaq həyatı yaşamağa başlayır. Lakin, XX əsrin 50-ci illərində Dərbənddə məişət zəmnində baş verən hadisəyə görə milis bölməsinə düşür. "KQB" sənədlərində sinəsindəki güllə yarası ilə qeyd olunduğu üçün onu milis bölməsində güllə yarasından tanıyırlar.

Kimliyi üzə çıxan Səttar Əfəndiyev dərhal həbs olunur. Onun sonrakı taleyi naməlumdur. Böyük ehtimalla qətlə yetirilib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗