Əziz tarixsevər dostlar!

Şrift
Əziz tarixsevər dostlar!

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əziz tarixsevər dostlar!.

Əziz tarixsevər dostlar! Memarlıqda binaların əzəmətini romantizm və plastika ilə bacarıqla uyğunlaşdırdığına görə "Qafqazın Rastrellisi" adlandırılan İosif Vikentyeviç Qoslavski 1865-ci ildə Varşava şəhərində zadəgan ailəsində doğulub. 1890-cı ildə I Nikolay adına Peterburq Mülki Mühəndislər institutunu bitirdikdən sonra onu Daxili İşlər Nazirliyinin Texniki İnşaat Komitəsinə işləməyə göndərirlər. 1891-ci ilin oktyabrında Qoslavski memarlıq üzrə akademik, keçmiş bakılı R.

R. Marfeldin layihəsi ilə Aleksandr Nevski Başkilsəsinin (kafedral) inşası üçün Bakıya ezam edilir. Bakıya gələn Qoslavski dərhal neft sənayesinin inkişafı ilə əlaqədar şəhərin keçirdiyi tikinti həyəcanı atmosferinə düşür.

Bu həm də şəhər memarlığının formalaşması, ucaldılan tikililərin keyfiyyətinə tələbatın artmasının başlanğıcı idi. Aleksandr Nevski Başkilsəsinin inşası üzrə iş icraçısı olan Qoslavski, 1892-ci ildən Bakı şəhərinin memarı vəzifəsini yerinə yetirməyə başlamışdı. Baş memarın ilk yaradıcılıq addımları şəhərin inkişafında dönüş nöqtəsi olur, küçə və məhəllələrin abad edilməsinə geniş təsir göstərir və Bakıya əsl Şərqi Avropa şəhərlərinə xas olan incə zövq, keyfiyyət və səciyyəvi xüsusiyyətlər verir.

O dövrdə nəşr olunan "Zodçiy" jurnalı yazırdı: "Qoslavski tikintiyə elə bədii elementlər gətirib ki, onlar onun memar yoldaşlarını daha yaxşı niyyətlərə meyil göstərməyə və bu ideyaların icrasına can atmağa vadar edir, əhali isə estetik tələbatlara daha həssaslıqla yanaşmağa sövq edilir". Memar Şamil Fətullayev-Fiqarovun fikrincə, Aleksandr Nevski Başkilsəsinin memarlıq cəhətdən işlənməsində Qoslavskinin iştirakı o dərəcədə böyükdür ki, onu kilsənin ikinci müəllifi qismində tanımaq lazımdır, çünki Marfeldin layihəsi ümumi idi, heç bir çertyoj və işçi cizgilər cızılmamışdı. 1893-cü ildən 1900-cü ilə qədərki yaradıcılıq fəaliyyəti ərzində o, 1898-ci ildə tamamlanmış Aleksandr-Nevski Başkilsəsindən əlavə, 12 əsaslı obyekt layihələndirir və tikir.

Onun Bakı şəhərində layihələndirdiyi binaları sizə təqdim edirik: -Aleksandr Nevski kafedralı (Bakı) (indiki Bülbül adına musiqi məktəbi, 189 və 190 saylı məktəblərin yerində yerləşirdi), 1888–1898; -Məlikovun üçmərtəbəli yaşayış evi, Vorontsovski küçəsi (Əzizbəyov küçəsi, 19), 1897; -H. Z. Tağıyevin sarayı, Qorçakovski küçəsi (Tağıyev küçəsi, 4, Tarix muzeyinin binası), 1893–1902; -Üçmərtəbəli yaşayış evi, Nikolayevski küçəsi (İstiqlaliyyət küçəsi, 5), 1895; -Üçmərtəbəli yaşayış evi, Nikolayevski küçəsi (İstiqlaliyyət küçəsi, 7), 1893–95; -H.

Z. Tağıyevin ikimərtəbəli yaşayış evi, Poçtovı küçəsi (Tağıyev küçəsi, 70), 1893–95; -H. Z.

Tağıyevin Abşeronun Mərdəkan kəndindəki villası, 1893–95; -H. Z. Tağıyevin Abşeronun Zığ kəndindəki toxuculuq fabriki, 1896–99; -İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin binası, Torqovı küçəsi (Nizami küçəsi), 1898–99; -Bakı texniki məktəbinin binası, Stanislavski küçəsi (Azadlıq prospekti, 20), 1898–99; -Tağıyevin müsəlman qızlar məktəbinin binası, Nikoiayevski küçəsi (İstiqlaliyyət küçəsi, 8), 1898–1901; -Bakı Şəhər Dumasının binası, Nikolayevski küçəsi (İstiqlaliyyət küçəsi, 4), 1899–1900-1904; -H.

Z. Tağıyev teatrının binası, P. Koqnovitskilə birgə, Merkuryev küçəsi (Zərifə Əliyeva küçəsi, 8), 1899–1904.

Memar 30 yanvar, 1904-cü ildə Bakıda vəfat edib. Maraqlıdır ki, kinorejissor Ziya Şıxlinski Qoslavskinin sənətində musiqi "eşitmişdi". 1998-ci ildə "Azanfilm" studiyasında çəkilmiş "Şopenin qayıdışı" sənədli filmi Qoslavskinin tikdiyi binalara həsr olunub.

Film Şopenin XIII etüdünün musiqisi ilə müşayiət olunur…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗