Aslan Nüsrət oğlu Hacızadə — həyatı və yaradıcılığı

Şrift
Aslan Nüsrət oğlu Hacızadə — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Aslan Nüsrət oğlu Hacızadə — həyatı və yaradıcılığı.

Aslan Nüsrət oğlu Hacızadə 1897-ci ildə Qarabağ əyalətinin Cavanşir qəzasının mərkəzi olan indiki Tərtər şəhərində doğulub. 1917-ci ildə orta təhsilini bitirikdən sonra Gəncədə yerləşən V Yelizavetpol nişançı alayında hərbi ximətə başlayıb. Azərbaycan Cümhuriyyəti Ordusunda xidmətini davam etdirib. 1918-ci il yanvarın 9-da Gürcüstandan Azərbaycana keçən rus ordusuna aid hərbi eşelonların silahları təhvil verməməsi Şamxor hadisəsinə səbəb oldu.

Döyüşdə konüllü dəstələrlə birgə Aslan Hacızadənin xidmət keçdiyi V Yelizavetpol nişançı alayı da iştirak edib. Tərksilah edilmiş rus ordusundan 20 ədəd top, 70 ədəd pulemyot, 15. 000 ədəd tüfəng ələ keçirilərək Müsəlman Korpusunun tabeliyinə verildi. Qafqaz İslam Ordusu Bakı şəhərini işğaldan azad etdikdən sonra, 1918-ci il sentyabrın 23-dən Qarabağdakı özbaşına erməni dəstələrini təmizləmək üçün Qarabağ hərəkatı başlayıb.

Aslan bəy bu döyüşlərə baş leytenant Cahangir bəy Novruzovun komandiri olduğu topçu batareyasının tərkibində qatılıb. Qafqaz İslam Ordusu oktyabrın 4-də Ağdamdan başlayaraq Şuşa istiqamətində hücuma keçib. Əsgəran ətrafında baş vermiş güclü döyüşlərdən sonra oktyabrın 6-da Əsgəranla Şuşa arasında olan Əyri kənd ətrafında şiddətli döyüşlər baş verib.

1918-ci il oktyabrın 8-də Qafqaz İslam Ordusu Şuşa şəhərinə daxil olub. Aslan bəy Hacızadə əvvəlcə Gəncə üsyanında, 1920-ci il iyun ayında isə Nuru Paşanın komandanlığı ilə başlayan Qarabağ üsyanında iştirak edib. Qarabağ üsyanı yatırıldıqdan sonra, Aslan Hacızadənin xidmət etdiyi olduğu topçu batareyası Azərbaycan Cümhuriyyəti ordusunun süvari və piyada alaylarının sağ qalan əsgərləri ilə birgə, polkovnik Nuh bəy Sofiyevin komandanlığı ilə Qaryagin və Cəbrayıl istiqamətində geri çəkilərək Araz çayını keçib İran ərazisinə daxil olublar.

Sovet işğalına qarşı baş qaldırmış üsyanlar məğlub olduqdan sonra Azərbaycan Cümhuriyyətinin Ordusunun qalan hərbçilərinin bir qismi Zəngəzuru keçərək Naxçıvana, bir qismi isə Xudafərin istiqamətindən İrana keçərək Türkiyəyə getdilər. Aslan Hacızadə 1200 nəfərlik Azərbaycan birliyinin tərkibində 56 nəfər zabitdən biri olub. O, 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadolunun ermənilərdən təmizlənməsi ilə sona çatan Şərq hərəkatında iştirak edib, Sarıqamışın, Qarsın, İğdırın, Kağızmanın, Gümrünün geri alınması uğrunda döyüşlərə qatılıb.

Qarsın Bənli Əhməd kəndi yaxınlığında Berna meydan müharibəsində toplarının dəqiq atəşi ilə xüsusi fərqlənib. Qurtuluş Savaşından sonra orduda qalaraq hərbi xidmətini davam etdirib. 1922-ci il avqustun 26–30-da baş vermiş Dumlupınar döyüşündə iştirak edib.

1925-ci ildə Şeyx Səid üsyanının, 1926-cı ildə I Ağrı, 1927-ci ildə II Ağrı üsyanlarının yatırılmasında iştirak edib. 1928-ci ildə Topçu məktəbindən məzun olduqan sonra baş leytenant (üst teymən) rütbəsi ilə təltif edilərək Sivas şəhərində yerləşən Topçu alayında batareya komandiri vəzifəsinə təyin olunub. 1933-cü ildə kapitan, 1940-cı ildə mayor, 1946-cı ildə polkovnik–leytenant rütbəsi ilə təltif olunan Aslan Berkan, 1950-ci ildə xidmətləri nəzərə alınaraq Türkiyə Silahlı Qüvvələrinin komandanlığı tərəfindən polkovnik rütbəsinə layiq görülüb.

Hərbi xidmətinin son illərini general-mayor Cahangir Bərkərin komandanlığı altında İzmir şəhərində davam etdirib. 1955-ci ildə təqaüdə çıxıb. Türkiyəyə mühacirət etdikdən sonra bir müddət Aslan Qarabağlı olaraq tanınıb.

1934-cü il iyunun 21-də Türkiyədə qəbul edilmiş Soyad qanunundan sonra özünə "Berkan" soyadını götürüb. 1957-ci mayın 7-də infarkt keçirərək dünyasını dəyişib. Hərbi mərasimlə İzmirdə Karşıyakada Soyuqquyu məzarlığında 5-ci küçə, 6-cı adada oğlunun yanında dəfn edilib.

Aslan Berkan Sivasda xidmət etdiyi vaxt İstiqlal savaşının qəhrəmanlarından olan yüzbaşı Tofiq bəyin bacısı Hümeyra xanımla ailə həyatı qurub. Bu nikahdan Türkan adlı qızı, Mete adlı oğlu dünyaya gəlib. Qızı Türkan xanım Şadi Sayarla ailə həyatı qurub.

Oğlu Mete isə 19 yaşı olarkən özünü dənizə ataraq intihar edib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗