Müseyib bəy Qəhrəman bəy oğlu Əxicanov — həyatı və yaradıcılığı

Şrift
Müseyib bəy Qəhrəman bəy oğlu Əxicanov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Müseyib bəy Qəhrəman bəy oğlu Əxicanov — həyatı və yaradıcılığı.

Müseyib bəy Qəhrəman bəy oğlu Əxicanov 1892-ci ildə Cavad qəzasının Tomarxanlı kəndində doğulub. 1912-ci ildə Kiyev Müqəddəs Vladimir Universitetində hüquq fakültəsini bitirib. 1918-ci il fevralın 23-dən mayın 26-a qədər Zaqafqaziya Seymində Müsəlman fraksiyasının üzvü olub. Zaqafqaziya Demokratik Federativ Respublikası dağıldıqdan sonra isə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü olub. 1918-ci il noyabrın 19-da Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu"na əsasən Azərbaycan Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilib.

"Müsavat" və bitərəflər fraksiyasının üzvü olub. 1918-ci il sentyabrın 15-də Bakının azadlığı ilə nəticələnən Bakı döyüşündən sonra Bakının qubernatoru olan Fəthi bəyin müavini olub. Daha sonra isə 1918-ci ilin noyabr ayından 1919-cu il fevralın 5-ə qədər Bakının qubernatoru vəzifəsini icra edib.

Aprel işğalından sonra bolşeviklər tərəfindən həbs edilib. Bəzi mənbələrdə vəfat tarixi 30 aprel göstərilisə də, əslində 1920-ci il iyunun 6-da Nargin adasında güllələnib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗