Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə ….
… Mühacirətdə Abbas İldeniz adı ilə tanınan Abbasqulu Kazımzadə 1882-ci Maştağada doğulub. “Hümmət”(1904), Müsavat Partiyasının (1911) üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, Azərbaycan Milli Şurasının üzvü olub.
1905-ci ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü osa da, 1911-ci ilin oktyabr ayında Bakıda Tağı Nağıyev və Məhəmməd Əli Rəsulzadə ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin tapşırıq və tövsiyələrinə uyğun olaraq Müsəlman Demokrat Müsavat Partiyasının əsasını qoyub. Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun" una (1918,19 noyabr) əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilib. Parlamentdə "Müsavat" və bitərəflər fraksiyasının üzvü idi.
Məhəmməd Əli Rəsulzadə yazırdı: "1911-ci ilin son baharı idi. Arkadaşların gizli toplantı və müşavirə yeri olan rəhmətlik Kazımzadə Abbas bəyin mağazasının arxa odasında Abbas bəylə bərabər oturduq. Arkadaşlarımızdan mərhum Tağı Nağıoğlu içəri girdi və bizə: "Gürcülərin, ermənilərin və rusların siyasi partiyaları vardır.
Bizim nədən bir partiyamız olmasın, biz də bir partiya quralım" -dedi. Bir neçə gün müzakirə və müşavirədən sonra "Müsavat" Partiyasını qurmağa qərar verdik. Zatən mərhum Rəsulzadə Emin bəy də o tarixlərdə, bulunduğu İstanbuldan bizlərə siyasi bir təşəkkülə ehtiyac olduğu haqqında yazılar yazmaqda idi".
28 iyul 1947-ci ildə Ankarada ürək catışmazlığından vəfat edən Abbasqulu Kazımzadə Cebeci Esri məzarlığında dəfn olunub. Məzarında doğum tarixi 1882-ci il, ata adı isə "Mehmet" olaraq qeyd olunub… RUHU ŞAD OLSUN!
