Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə ….
… Ser Vilyam Montqomeri Tomson Böyük Britaniyanın ali zabiti, Bakının general-qubernatoru olub. 1877-ci il dekabrın 2-də doğulub. 1897-ci ildə Siiforth Haylanders hərbi birləşməsinə qoşulur.
1898-ci ildə Sudanda xidmət edir. 1915-1916-cı illərdə Fransa və İraqdakı hərbi əməliyyatlar zamanı birləşmə komandanı olur. 1918-ci ilin sentyabrından 1919-cu ilin mayına qədər Britaniya ordusunun Şimali İran Qüvvələrinin, həmçinin Cənubi Qafqazdakı ingilis qoşunlarının komandanı kimi çalışır. 1918-ci il noyabrın 16-da, Bəndər-Ənzəlidə Nəsib bəy Yusifbəyli, Musa bəy Rəfiyev və Əhməd bəy Ağaoğlu ilə görüşür və AXC-yə qarşı bu tələbləri irəli sürür:”Təcili şəkildə Osmanlı qoşunları Bakıdan və AXC ərazisindən çıxarılmalı;Böyük Britaniya qoşunları Bakıya daxil olmalı;Erməni qoşunlarının Bakıya daxil olmasına icazə verilməməli;Transqafqaz dəmir yolu xəttinin şərq hissəsinin təhlükəsizliyi AXC rəhbərliyi tərəfindən təmin edilməlidir”.
General Tomson öhdəlik götürürdü ki, AXC-nin daxili işlərinə qarışmayacaq: “Paris Sülh Konfransında xalqların öz müqəddəratını təyin etmə prinsipi əsas amal kimi qəbul edilmişdir. Azərbaycan da istisna olmayacaqdır”. Ertəsi gün General Tomson 2 minlik Britaniya-Hind qoşunu ilə Bakıya daxil olur, onu rus qoşun hissəsi komandanı Nikolay Baratov da müşayiət edir.
Bakıda yaşayan ruslar bu hadisəni böyük sevinclə qarşılayır. Tomsonun Bakıdakı ilk əmrlərindən biri AXC bayrağının aşağı endirilməsi olur. O, demişdi: “Müttəfiqlər Rusiyanı bərpa etmədən evə dönə bilməzlər.
Biz Rusiyanı bərpa etməli və ona dünyada əvvəllər tutduğu mövqeni geri qaytarmalıyıq”. Lakin, Tomsonun AXC-yə qarşı münasibəti dəyişir. Onun bəyəndiyi layihə əsasında AXC Parlamenti işə başlayır.
1919-cu ilin mayında ingilis qoşunları Cənubi Qafqazı tərk edir. 1934-cü ildə ordudan ayrılan Tomson, 1947-ci ilə qədər Albaniyanın hersoqu olur. 23 iyul 1963-cü ildə vəfat edib…
