Vaxtilə Bakıda adına qəsəbə olan Stepan Razinin atası Timofey varlı kazak olub.

Şrift
Vaxtilə Bakıda adına qəsəbə olan Stepan Razinin atası Timofey varlı kazak olub.

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Vaxtilə Bakıda adına qəsəbə olan Stepan Razinin atası Timofey varlı kazak olub..

Vaxtilə Bakıda adına qəsəbə olan Stepan Razinin atası Timofey varlı kazak olub. Bir dəfə hərbi səfərdən qayıdanda gözəl bir türk qızını əsir götürür və onunla evlənir. Bu türk gözəli Timofeyə 3 oğul bəxş edir, onlardan biri də 1630-cu ildə doğulan Stenka idi.

Sonralar Stepan Razin kimi tanınan Stenka ailənin ortancıl oğlu idi. Stenka mükəmməl təhsil almasa da, 8 dil bilib və güclü yaddaşa malik olub. 1658-ci ildə Krım tatarları və Osmanlı türklərinə qarşı müharibədə iştirak edən Stepan bir neçə kazak döyüşçü ilə Moskvaya göndərilir. Burada Don kazaklarının rəsmi nümayəndəsi kimi Krım tatarlarına qarşı vuruşmaq üçün danışıqlar aparır və döyüşlərə qoşulur.

Artıq 1662-ci ildə Stepan ataman kimi ad çıxarır. 1665-ci ildə baş verən hadisə Stepanı həm sarsıdır, həm də çox qəddarlaşdırır. Knyaz Dolqorukov Stepanın böyük qardaşı İvanı rus-polyak müharibəsində fərarilik etdiyi üçün qətlə yetirir.

Stepan 600 nəfərlik kazak dəstəsi ilə Donboyunda yaşayan varlı kazakları amansızcasına qətlə yetirir. Bu hadisədən sonra Stepanın dəstəsinin sayı 2 min nəfərə çatır. Rus tarixşünaslığında S.

Razini "böyük sərkərdə”, "quldur”, "üsyançı” kimi təqdim edirlər. Onun guya yoxsullara qarşı mərhəmətli olduğu da deyilir. Amma Bakıda evləri talan edərkən, adamları qılıncdan keçirərkən, Razin və onun kazakları üçün yoxsul-varlı fərqi olmayıb.

Basqın etdiyi hər yeri xarabaya çevirib. 1668-ci ilin yayında Stepan Razin 6 min kazakla Volqadan gəmilərlə Xəzər sularına daxil olur və İran sahillərinə tərəf üzür. Dərbəndlə Bakı arasında sahilboyu kəndləri talan edir. Ayrı-ayrı yerlərdə düşərgə salır, dincəlir, sonra yenə yoluna davam edir.

Belə düşərgələrdən biri də Xəzərin sahilində, indiki Bakıxanov qəsəbəsinin yerləşdiyi ərazidə, dağın ətəyində idi. Burada bir neçə ay dincələn S. Razin yenidən Bakıya hücum edir.

Bakını tuta bilməyən quldur şəhərin ətrafındakı kəndləri qarət edir, ələ keçirdiyi qənimətlər, əsir aldığı yüzədək adam və 7 min qoyunla Xəzərdəki Jiloy adasına çəkilir. Onun və kazaklarının Bakıda törətdikləri vəhşiliklər haqqında S. Razini gözləri ilə görmüş, onu yaxından tanıyan bir kazakın dediklərini Hollandiya səyyahı Y.

Y. Streys məşhur "Üç səyahət” adlı əsərində belə nəql edirdi: "Bakıya və Astrabada tərəf üz tutmuşduq. Qabağımıza çıxan adamları qılıncdan keçirir, evləri və mülkləri yandırırdıq.

Bakıya çatanda əlimizə çoxlu çaxır keçdi və onu öz aramızda bölüşdürdük. Çaxır içməyə adət etmədiyimiz üçün hamımız sərxoş olduq. O zaman 5 minə qədər kazak idik.

Bundan istifadə edən yerli adamlar tez qoşun toplayıb, biz sərxoş kazakların üstünə düşdülər. Çox güclü və igidcəsinə vuruşurdular; demək olar ki, hamımızı qırdılar. Yalnız 400-500 nəfər qayıqlara oturub canlarını qurtara bildilər.

Stepan Razin də çətin vəziyyətə düşdü. Yanında mühafizəçi olmasaydı, o da əsir düşəcəkdi. Yaxşı ki, mühafizəçi onu qoruyub, aradan çıxarmaq üçün yol tapa bilmişdi”.

1669-cu ildə S. Razinin Xəzər dənizində axırıncı döyüşü oldu. Səngi Muğan adası yanında baş verən bu döyüşün sədası bütün Rusiyanı bürümüşdü.

S. Razinin Osmanlı, Səfəvi imperiyası daxil olmaqla böyük bir ərazidə atamanlıq etməsini çar hökuməti həzm edə bilmirdi və hökumətə qarşı saymazlığı ona canı bahasına başa gəldi. 1670-ci ilin oktyabrında Simbirsk döyüşlərində S.

Razin yaralanır. Onu Kaqalnikə gətirirlər. Bundan istifadə edən hökumətə sadiq kazaklar qəfil hücum edərək S.

Razini və qardaşını əsir götürüb çarın hüzuruna gətirirlər. 1671-ci ildə S. Razini edam edirlər.

Çox dəhşətli olan bu edam səhnəsi haqqında Tomas Herbon yazırdı: "Quldurun əli dəyirmi lövhəyə mismarlanmış, ayaqları zəncirlə dar ağacına bərkidilmişdi. Ancaq bu adamın vüqarı hamını dəhşətə salmışdı. Görkəmindən bilinirdi ki, ölümdən qorxmur.

Əvvəlcə əllərini sonra ayaqlarını kəsib bir torbaya yığdılar, bədənini isə axşam itlərə atdılar”. … Bəli, uzun illər onun adını çəkməyə məcbur olsaq da, nə yaxşı ki, indi həmin qəsəbə Azərbaycan tarixşünaslığının banisi A.

Bakıxanovun adını daşıyır…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗