Muxtar Hacıyev — həyatı və yaradıcılığı

Şrift
Muxtar Hacıyev — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Muxtar Hacıyev — həyatı və yaradıcılığı.

Muxtar Hacıyev 1876-cı ildə Qazax qəzasının Fərəhli kəndində doğulub. 1897-ci ildən Bakıda fəhlə işləyib. Muxtar Hacıyev "Hümmət" Partiyasının üzvü idi.

Bakıda fəhləlik etdiyi dövrdə keçirilmiş fəhlələrin nümayiş və tətillərində iştirak edib. O, Neft Sənayesi Fəhlələri İttifaqı və Mədən Zavod Komitəsinin üzvü olub. Muxtar Hacıyev 1908–1916-cı ildən Bakının sənaye rayonlarında və Qazax qəzasında sosial-demokrat və bolşevizm təbliğatı aparıb.

1917-ci ildə Qazax qəzasında kəndli hərəkatına dəstək verib və qəzada "Hümmət" Partiyasının yerli şöbəsinin yaradıcılarından olub. 1920–1921-ci illərdə Qazax Qəza İnqilab Komitəsinin sədri olub. 1921-ci ildə keçirilmiş Birinci Ümumazərbaycan Sovetlər qurultayında Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin ilk sədri seçilib.(Ondan sonra bu vəzifədə S. Ağamalıoglu olub).

O, bu vəzifədə 1922-ci ilədək çalışıb, 1922–1926-cı illərdə Azərbaycan SSR Xalq Torpaq Komissarlığının kollegiya üzvü olub. 1927-ci ildə Azərbaycan SSR Xalq ictimai təminat komissarı təyin edilib, 1928–1930-cu illərdə Azərbaycan SSR Xalq torpaq komissarı vəzifəsini icra edib. 1932–1933-cü illərdə isə Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsində işləyib.

Muxtar Hacıyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Nəzarət Komitəsinin üzvü , ZSFSR Mərkəzi İcraiyyə Komitəsinin, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və rəyasət heyətlərinin üzvü olub. Azərbaycan Qızıl Aypara Cəmiyyətinə sədrlik edib. 21 aprel 1938-ci ildə, 61 yaşında ikən Bakıda repressiya qurbanı olub.

Muxtar Hacıyevin həyat yoldaşı Söylü xanım da repressiya qurbanı olub və Qazaxıstana sürgün edilib. Muxtar Hacıyevin 4 qızı, 1 oğlu olub: Tükəzban, Azadə, Gülgəz,Cəvahir və Kamran. Qızı Gülgəz Borçalı Qarapapaq Türk Cümhuriyyətinin qurucusu, Qars Milli İslam Şurası Ümumi Mərkəzinin rəhbəri Emin ağa Acalovun oğlu ilə ailəli olub və onların Namiq adlı oğulları olub…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗