Yusif Qasımov — həyatı və yaradıcılığı

Şrift
Yusif Qasımov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Yusif Qasımov — həyatı və yaradıcılığı.

Yusif Qasımov 1896-cı ildə Cavad qəzasında doğulub. 1918-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub. 1918-ci il oktyabrın 20-də Qazax Müəllimlər Seminariyasında tarix fənləri üzrə müəllim olub. 1920-ci ildə Azərbaycan SSR Muğan dairəsinin Salyan qəzası inqilab komitəsinin sədri olub.

Onun sözlərinə görə, 1920-ci illərin ikinci yarısında Azərbaycan Kommunist partiyasının rəhbərliyində iki dəstə var idi: Birinci dəstəyə Mircəfər Bağırov, Ruhulla Axundov, Hüseyn Rəhmanov, Həbib Cəbiyev, ikinci dəstəyə isə Sultanməcid Əfəndiyev, Qəzənfər Musabəyov və o özü daxil idi. 1927-ci il noyabrın 19-da "Kommunist" qəzetinə Əhməd Triniç ilə birlikdə redaktor təyin edilib. 1930-cu illərdə Mərkəzi Komitənin katibi Vladimir Polonski, Nazirlər Sovetinin sədri Mir Cəfər Bağırov, Azərbaycan Respublikanın ikinci katibi isə Yusif Qasımov olub. Mir Cəfər Bağırov Daxili İşlər orqanında rəhbər olarkan Yusif Qasımovla münasibəi yaxşı olmayıb.

1932-ci ildə fəalların yığıncağında Bağırovla Polonski birləşib Yusif Qasımovu işdən azad etmək üçün plan qururlar. Hər iki tərəfdən çıxışlar olur. Yığıncaqda Azərbaycan şairi Zülfüqar Əhmədzadə də çıxış edərək demişdi: "Azərbaycan Kommunist Partiyasına uzun müddətdir ki, Rubinlər, Polonskilər, Mirzoyanlar başçılıq edirlər.

Mərkəzi Komitədə cəmi 9% azərbaycanlı işləyir, qalanı erməni, rus, yəhudilər və gürcülərdir. Azərbaycanım məgər elə bilr oğlu, kadrı yoxmudur ki, rəhbər işləsin? Üstəlik Qasımovu da bəyənmirsiz"…

Hemin çıxışdan sonra Zülfüqar Əhmədzadə Sovet hakimiyyəti tərəfindən "Xalq Düşməni" elan edildi. 1934-cü ildə Yusif Qasımov Sovet İttifaqı Kommunist Partiyasının "Qaliblər qurultayı-XVII qurultay"ına Leninqrad partiya təşkilatından nümayəndə seçilib. 1937-ci ilin iyun-sentyabr aylarında Şərq-Sibir bölgəsinin ikinci katibi olub. Həmin dövrdə NKVD SSRİ-nin 30. 07. 1937-ci il tarixli 00447 saylı əmri ilə yaradılan xüsusi üçlüyün tərkibində olub, Stalin repressiyasında aktiv iştirak edib. 1937-ci il sentyabrın 24-də həbs olunub.

RSFSR Cinayət Məcəlləsinin 58–1a, 58–8, 58–11 maddələri ilə Leninqradda anti-sovet sağçılar təşkilatı iştirakçısı kimi ittiham olunub. 19 aprel 1938-ci il tarixli Stalinin edam siyahısında ölüm hökmünə məhkum olunsa da, 1938-ci il aprelin 21-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası onu 20 il əmək düşərgəsinə məhkum etdi. 1955-ci il əmək düşərgəsindən azad olunub və cinayətinin olmamasına görə reabilitasiya olunub. 1955-ci ildə Yusif Qasımovun məhkəmədə verdiyi ifadəyə görə, o, Lavrenti Beriya və Boqdan Kobulov ona qarşı istifadə edilən döyülmələr nəticəsində, Aleksandr Uqarov və Sergey Sobolyevın üzərinə böhtan atmağa məcbur olub.

1957-ci il noyabrın 15-də Yusif Qasımov Bakıda vəfat edib və I Fəxri Xiyabanda dəfn olunub…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗