Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Azərbaycan tarixində mühüm rol oynayan qadınlar haqqında silsilə paylaşımlarımızı davam e….
Azərbaycan tarixində mühüm rol oynayan qadınlar haqqında silsilə paylaşımlarımızı davam etdiririk. Bu dəfə Azərbaycanın sonuncu Dövlət katibi Lalə Şövkət barədə danışacağıq. Lalə Şövkət 1951-ci il noyabrın 7-də Bakı şəhərində doğulub.
Babası-Müslüm bəy Xəlifəbəyli Quba bəylərindəndur. O, II Nikolayın dövründə yüzbaşı idi. Bəzi mülahizələrə görə, Quba hakimi Fətəli xanın nəslindədir.
Atası-Şövkət bəy Müslüm bəy oğlu Hacıyev Xəlifəbəyli nəslindəndir. Azərbaycan Xalq Azadlıq Partiyasının yaradıcılarından biri və partiyanın rəhbəri olub (1940-cı il, Quba). Bu partiya 1948-ci ildən "MARS" -Müstəqil Azərbaycan Respublikasının Səadət Partiyası adı ilə gizli fəaliyyət göstərib.
Məqsədi müstəqil milli dövlət yaratmaq idi. Şövkət bəy 2 mart 1983-cü ildə vəfat edib. Anası-Siddiqə xanım Şıxəli bəy qızı Useynova 1920-ci ildə Bakıda doğulub. 1950-ci ildə Tibb Universitetini bitirib, tibb elmləri namizədi, dosent idi.
8 mart 1988-ci ildə vəfat edib. Lalə xanım 1968-ci ildə Bakı şəhəri 189 saylı orta məktəbi bitirərək Azərbaycan Tibb İnstitutuna daxil olub. 1974-cü ildə Səhiyyə Nazirliyi tərəfindən Moskvaya, Xalqlar Dostluğu Universitetinin cərrahiyyə kafedrasına internaturaya göndərilib. 25 yaşında cərrahiyyə üzrə namizədlik dissertasiyasını müdafiə edib.
1978-ci ildə N. V. Sklifosovski adına Moskva şəhər Elmi Tədqiqat təcili yardım institutunda kiçik elmi işçi kimi fəaliyyətə başlayıb.
37 yaşında səhiyyənin təşkili və idarə edilməsinə dair doktorluq dissertasiyasını müdafiə edərək o zaman SSRİ-də bu sahədə ən gənc elmlər doktoru olub və RSFSR-nin Elmi Tədqiqat Mərkəzinin Səhiyyə idarəsinin rəhbəri vəzifəsinə təyin edilib. Fəlsəfə və hüquq elmləri doktoru fəxri adına layiq görülüb. 1990-cı il "Qanlı yanvar" hadisəsi ilə bağlı yanvarın 20-də və 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyində sovet ordusunun Bakı şəhərində mülki əhaliyə qarşı tətbiq etdiyi hərbi təcavüz barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə ilk mətbuat konfransının keçirilməsinə rəhbərlik edib.
1991-ci ildə Moskvada Şevardnadze, Yakovlev, Sobçak, Brazauskas və digər tanınmış demokratlarla birgə "SSRİ-də Demokratik İslahatlar Uğrunda" Hərəkatın təşəbbüsçülərindən biri olub və "Azərbaycan Respublikasında Demokratik İslahatlar və İnsan Hüquqlarının Müdafiəsi Uğrunda" Beynəlxalq İctimai-siyasi Hərəkat yaradıb. Bu Hərəkat Azərbaycan Respublikasının Moskvada SSRİ Ədliyyə Nazirliyində rəsmən qeydə alınan ilk siyasi təşkilatı olub. 1993-cü ildə Azərbaycanın prezidenti vəzifəsini icra edən H.
Əliyev tərəfindən Bakıya dəvət olunub və iyulun 7-də Azərbaycan Respublikasının Dövlət katibi vəzifəsinə təyin edilib. 1994-cü ilin yanvarında istefa verib və o, Azərbaycanın BMT-də daimi nümayəndəsi təyin edilib, lakin vəzifəsinin icrasına başlamayıb. 1995-ci il iyunun 3-də Qarabağda (Bərdə şəhərində) təsis konfransı keçirilən Azərbaycan Liberal Partiyasının sədri seçilib.
"Qarabağ torpağından bir qarış qalsa da konfrans orada keçirilməlidir"-deyən Lalə Şövkət Qarabağın azadlığı, ölkənin ərazi bütövlüyü və suverenliyinin ali məqsədi olduğunu bəyan edib. ALP-nin sədri Lalə Şövkət 7 iyun 2003-cü ildə istefa verərək Milli Birlik Hərəkatını sədri kimi fəaliyyət göstərməyə başlayır və həmin qurumun prezidentliyə namizədi olur. Seçkilərdə 87. 523 (3. 62%) səslə 3-cü sırada olur.
Milli Birlik Hərəkatı 2005-ci ildə parlament seçkisində də iştirak edib. 2005-ci il parlament seçkilərinə Lalə Şövkət Milli Birlik Hərəkatı və Azərbaycan Liberal Partiyasının lideri olaraq, 70 namizəddən ibarət siyasi komanda ilə qatılmışdı. Öz dairəsində Lalə Şövkət qələbə qazanır və onun mandatı rəsmən təsdiq edilir, lakin o, millət vəkili mandatından imtina edir. 2005-ci ildə təsis edilən "Azadlıq" blokunun həmtəsisçilərindəndir.
Blok ALP, AXCP və VİP partiyalarından ibarət idi. 2010-cu il parlament seçkilərində Liberal Partiya "İnsan naminə" Seçki Blokunun nəzdində iştirak edib. 74 yaşlı xanım hazırda aktiv siyasətlə məşğul olmur…
