Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Azərbaycan tarixində mühüm rol oynayan qadınlar haqqında paylaşımlarımızı davam etdiririk..
Azərbaycan tarixində mühüm rol oynayan qadınlar haqqında paylaşımlarımızı davam etdiririk. Bu dəfə Züleyxa Həsənova barədə danısacağıq. O, 1923-cü ildə Şuşa şəhərində Məhərrəm bəy Həsənzadənin ailəsində doğulub.
2 yaşında olarkən atası vəfat edib və 14 yaşından anasının da toxucu kimi çalışdığı Şuşa trikotaj fabrikində işləməyə başlayıb. Daha sonra rayon sənaye kombinatının müsahibi olub. 1942-ci ilin əvvəllərində Züleyxa Həsənova Sovet Ordusunun Hava Hücumundan Müdafiə Qoşunlarına, Bakının şimalında yerləşən 335-ci zenit-artilleriya alayında (1944-cü ildən — 131-ci zenit-artilleriya briqadası) xidmətə çağırılıb.
1945-ci ildə ordudan tərxis olunan Züleyxa Həsənova Yevlax şəhərində işə qəbul edilib və o, 1955-ci ilə kimi burada çalışıb. 1956-cı ildən Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin təlimatçısı, şöbə müdiri, katibi vəzifələrində işləyib. 1963-cü ildən Mingəçevir Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olub. Azərbaycan KP MK yanında Ali Partiya Məktəbini və Sov.
İKP KM yanında Qiyabi Ali Partiya Məktəbini bitirib. Züleyxa Həsənova 1974-cü ilin iyul ayından 1983-cü ilə qədər Azərbaycan SSR Əhaliyə məişət xidməti naziri vəzifəsində çalışıb. 1966-cı ildən Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü olub. 1944-cü ildən ÜİK(b)P (Sov.
İKP) üzvlüyünə qəbul edilib. Azərbaycan SSR Ali Sovetinin 7–10-cu çağırış deputatı seçilib. Züleyxa Həsənova 1974-cü ildən ildən ömrünün sonuna kimi Bakıda yaşayıb. 1985-ci ildə vəfat edib və Mingəçevir şəhərində dəfn edilib.
Şəhərin mərkəzi küçələrindən birinə onun adı verilib…
