Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Cəfər Kazımov 21 dekabr 1896-cı ildə Bakıda doğulub..
Cəfər Kazımov 21 dekabr 1896-cı ildə Bakıda doğulub. AXC-nin xaricə göndərdiyi 100 tələbədən və Sovet uranını tapanlardan biridir. Azərbaycan SSR xalq səhiyyə komissarı, sonralar repressiya qurbanı olmuş Ağahüseyn Kazımovun qardaşıdır.
Bakıda orta məktəbi bitirdikdən sonra 1920-ci ildə Almaniyaya təhsil almağa göndərilir. İlkin olaraq Darmstad texniki ali məktəbində oxumağa başlayır. Sonra təhsilini Frayberq Dağ-mədən Akademiyasında davam etdirir.
27 noyabr 1925-ci ildə təhsilini Dağ-mədən mühəndisi kimi başa vuraraq mühəndis dərəcəsinə layiq görülür. Zaqafqaziya Şiə Ruhani İdarəsinin 31 may 1905-ci ildə verdiyi doğum şəhadətnaməsinə görə, Cəfər 21 dekabr (köhnə üslubla) 1896-cı ildə Bakı şəhərinin sakini Kərbəlayı Ələsgər Hacı Məstan oğlunun qanuni arvadı Xanım Mirzə Zeynalabdin qızından doğulub. (Ulu babasının adı Kazım olduğuna görə alim özünə "Kazımov" soyadı götürüb).
7 mart 1926-da milliyyətcə "türk" Cəfər Kazımova verilmiş şəxsi vəsiqədə (bu vəsiqə pasportu əvəz edirdi) isə göstərilir ki, о, 4 yanvar 1897-də Bakı şəhərində dünyaya gəlib (bu tarix yeni üslubla olduğundan birincini təsdiqləyir). Real məktəbi bitirdikdən sonra Moskva Kommersiya İnstitutuna qəbul olur, burada 2 il qaldıqdan sonra Bakıya gələrək Xalq xəstəxanasında hesabdar işləyir, 1919-cu ildə partiyanın razılığı ilə Əmək Nazirliyində 1920-ci ilədək katib olur, 4 yanvar 1920-ci ildə partiyanın razılığı ilə ali təhsilini bitirmək üçün xaricə gedir, 1920-ci ildən 1925-ci ilədək Frayberq Dağ-Mədən Akademiyasında (Almaniya) oxuyaraq oranı uğurla bitirir. 1926-cı ildən 16 oktyabr, 1926-cı ilədək Bakıda Suraxanı rayon V mədənində müdir müavini olub, 1926-cı ildən 1930-cu ilədək Nərimanov adına texnikumda direktor müavini işləyib Xalq Təsərrüfatı Ali Şurasında (XTAŞ) 4 ayadək kadrlar şöbəsinin rəhbəri vəzifəsinə çalışıb.
1918-ci ildə sol sosialist-inqilabçıların "Əkinçi" partiyasına üzv olur, burada Əli Bayramov, Ruhulla Axundov, Heydər Vəzirov, Rəhim Hüseynov və başqaları ilə çalışır. 1919-cu ilin martında üzv olduğu partiya kommunist partiyası ilə birləşir. Gizli işdə Suraxanı rayonuna təhkim olunur, Almaniyada öncə azərbaycanlı, sonra isə zaqafqaziyalı tələbələrin kommunist təşkilatının katibi, Almaniya kommunist partiyasının da üzvü,1927-ci ildən 1930-cu ilədək Azərbaycan kommunist partiyasının qərarı ilə Nərimanov adına (sənaye) texnikumuna direktor müavini və texniki fənlər (qazma, dağ-mədən sənəti, mineralogiya və petroqrafiya) üzrə müəllim kimi göndərilir.
1930-cu ildən 1933-cü ilədək Azərbaycan XTAŞ-da kadrlar şöbəsində, sonra isə Dövlət Plan Komitəsində bölüm sədri işləhir, 1933-cü ildən 1938-ci ilədək Elmlər Akademiyası Azərbaycan Filialında Rəyasət Heyəti sədrinin müavini olur. 1940-cı il, yanvarın 26-da "xalq düşməni" Cəfər Kazımova 5 il iş kəsilərək Komi MSSR-ə, Uxta şəhərində yerləşən Qütb düşərgəsinə göndərildi. O da digər məhbuslar kimi, çox hissəsi bataqlıqlardan ibarət olan ərazilərdə əsasən meşələrin qırılması və başqa ağır işlərlə məşğul olmuşdu.
Hər tərəf buzla, maviyə çalan qarla örtülsə də iş günü 12 saatdan az olmurdu. Belə şəraitdə məhbuslar yorulub əldən düşür, ölümcül vəziyyətdə olurdular. Cəfər Kazımovun milliyyətcə polşalı olan həyat yoldaşı və Bakıda ən hörmətli cərrahlardan biri hesab olunan Mariya xanım ərinə məhbus üçün ən zəruri olan çəkmə, corab, isti paltar və gizli yerdə-çəkmənin dabanında 1000 rubl pul göndərir.
Təəssüf ki, Cəfər Kazımov o pulları tapa bilmir…"Xalq düşməni" kimi həbs olunmuş insanların içərisində qayğıkeş və rəhmdilli insanlara tez-tez rast gəlinirdi. Onlardan məşhur bakılı geoloq-alim V. Boqaçev və M.
Ağamirov C. Kazımova çox qayğıkeşlik etmiş, mənəvi dayaq olmuşdular. Cəfər Kazımov 4 avqust, 1968-ci ildə Bakıda vəfat edib…
Allah rəhmət eləsin!
