Həmdulla Əfəndi İsmayıl oğlu Əfəndizadə — həyatı və yaradıcılığı

Şrift
Həmdulla Əfəndi İsmayıl oğlu Əfəndizadə — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Həmdulla Əfəndi İsmayıl oğlu Əfəndizadə — həyatı və yaradıcılığı.

Həmdulla Əfəndi İsmayıl oğlu Əfəndizadə 1888-ci ildə Quba qəzası, Dəvəçi nahiyəsinin Qələgah kəndində doğulub. İctimai xadim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olub. İlk təhsilini kənd mollaxanasında və Qubadakı mədrəsədə alıb.

1906-cı ildə ikisinifli rus məktəbini bitiib. Ərəb, fars və rus dillərini öyrənib. 1918-ci ilin aprelində Dəvəçi nahiyəsinə soxulmuş erməni daşnakları dinc azərbaycanlılara qarşı soyqırımına başladıqda, Həmdulla əfəndi dostu Qaçaq Mayılla birlikdə xalqı ayağa qaldıraraq ermənilərə qarşı vuruşub.

Əfəndizadə Azərbaycanın siyasi həyatında yaxından iştirak edib, "İttihad" partiyasının fəal üzvlərindən olub. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, Quba qəzasından Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilib, "İttihad" fraksiyasının üzvü olub. 1920-ci il aprelin 27-də bolşeviklərin zirehli qatarı Azərbaycana daxil olarkən Əfəndizadə öz tərəfdarları ilə birlikdə onun qarşısını kəsməyə cəhd göstərib, lakin, qüvvələr qeyri-bərabər olduğundan geri çəkilməyə məcbur olub. 1928-ci ildə repressiyaya məruz qalaraq Sibirə sürgün olunub, orada vəfat edib.

Bəzi mənbələrdə onun 1929-cu il avqustun 3-də güllələndiyi, digər məlumatlara görə isə ayağına daş bağlanaraq Nargin adasında dənizə atıldığı deyilir… Qeyd edək ki, bu məlumatların hər üçündə müəyyən ziddiyyət və qeyri-dəqiqlik var. Ona görə də arxiv materialları ilə işləyən və həmin dövrü tədqiq edən tarixçilərin qeyrətli Vətən oğlu Həmdulla Əfəndizadənin taleyi barədə əlavə araşdırmalar aparması yaxşı olardı…

RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗