Möhsün İsrafilbəyov — həyatı və yaradıcılığı

Şrift
Möhsün İsrafilbəyov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Möhsün İsrafilbəyov — həyatı və yaradıcılığı.

Möhsün İsrafilbəyov 1893-cü ildə Şamaxıda doğulub. 1911-ci ildə Bakı Real məktəbini bitirəndən sonra Kiyev Universitetinə qəbul olub. Universitetdə oxuyarkən (1911–1917) tələbələrin inqilabi nümayişlərində iştirak edib.

1917-ci ildə Bakıya gəlib, bolşevik "Hümmət" təşkilatının katibi və büro üzvü, RSDF(b)P BK və Bakı Sovetinə üzv seçilib. 1918-ci ilin 1 may–31 iyul tarixlərində Lənkəran, Şamaxı, Cavad qəzalarının fövqəladə komissarı təyin olunub. 1918-ci ilin avqustundan RSFSR Xalq Milli İşlər Komissarlığı yanında Zaqafqaziya şöbəsinin müdiri, daha sonra RK(b)P Həştərxan quberniya Komitəsinin üzvü, quberniya icraiyyə komitəsinin üzvü seçilib, sədr müavini, səhiyyə şöbəsinin müdiri vəzifələrində çalışıb. 1919-cu ilin mayında RSFSR Xalq Xarici İşlər Komissarlığının Yaxın Şərq şöbəsində işləyib. Şərq xalqları kommunist təşkilatlarının 2-ci Ümumrusiya, 5-ci və 7-ci Sovetlər qurultaylarında iştirak edib.

Moskvada V. İ. Leninlə görüşüb, ona Azərbaycandakı vəziyyət haqqında məlumat verib.

Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra Xalq Hərbi Dəniz İşləri Kommisarlığı siyasi idarəsinin rəisi (1920), Xalq sosial təminat komissarı (1920–1921), xalq səhiyyə komissarı (1921–1935) vəzifələrində işləyib. 1935–1937 illərdə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Malyariya və digər tropik xəstəliklərə qarşı mübarizə Komitəsinin sədri vəzifəsində çalışıb. Dəfələrlə partiya və Sovet qurultaylarının nümayəndəsi olub, AK(b)P MK-nın Azərbaycan və Zaqafqaziya MİK-lərinin üzvü seçilib.

Azərbaycanda malyariya, traxoma və s. xəstəliklərin ləğv edilməsində böyük xidməti olub. 1934-cü ildə professor elmi adı alıb.

2 dəfə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunub. 1937-ci ildə repressiya qurbanı olub və xalq düşməni adıyla güllələnib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗