Məhərrəmov Məmməd Əli oğlu 9 oktyabr, 1919-cu ildə Qasım İsmayılov rayonunun (indiki Gora…

Şrift
Məhərrəmov Məmməd Əli oğlu 9 oktyabr, 1919-cu ildə Qasım İsmayılov rayonunun (indiki Gora…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Məhərrəmov Məmməd Əli oğlu 9 oktyabr, 1919-cu ildə Qasım İsmayılov rayonunun (indiki Gora….

Məhərrəmov Məmməd Əli oğlu 9 oktyabr, 1919-cu ildə Qasım İsmayılov rayonunun (indiki Goranboy) Qarasuçu kəndində dünyaya göz açıb və 1939-cu ildə hərbi xidmətə çağırılıb. Cəbhədə döyüşlərə 1941-ci ildə 52-ci ordunun 254-cü atıcı diviziyasında bölmə komandiri vəzifəsində başlayıb. Baş serjant M.

Məhərrəmovun dəstəsi 1943-cü il, oktyabr 2-nə keçən gecə Kreşşatnik adlanan ərazidə Dnepr çayını birinci olaraq keçib və 15 gün müddətində düşmənin arxasında onun silah anbarını partladıb, zəbt etdiyi kənddə düşmənin bir tankını və onlarla əsgərini məhv edərək, arxadan gələn hərbi hissələrin hucumunun genişlənməsini təmin edib. Ona Sovet İttifaqı Qəhrəmanı adı 1944-cü il, fevralın 22-də verilib. Leytenant rütbəsi verilən M.

Məhərrəmov 1945-ci ildə hərbi xidmətdən tərxis edilib. O, 5 May 1977-ci ildə vəfat edib və Kirovabadda (indiki Gəncə) dəfn edilib. Qeyd edək ki, Məmməd Məhərrəmov 1857-ci ildə Şəmkirin Keçili kəndində doğulan və el arasında məşhur olan qaçaq Dəli Aının (Alı Məhərrəm oğlu) oğludur…

…"Peterburqa gələr-gəlməz əlimə keçən "Novaya vremya" qəzetinin xüsusi əlavəsində neçə il qaçaq hərəkatı keçirmiş gəncəli bir tatarın (türkün) şəklini gördüm. Şəklin altında belə bir yazı vardı: "Qaçaqlığı haqqında dastanlar söylənilən Dəli Alı – Qafqaziyyə şeytanı". Bu sözləri 1906-cı ildə gəncəli millət vəkili İsmayılxan Ziyadxanov Peterburqda, I Dövlət Dumasının tribunasından söyləyib.

Məlumat üçün bildirək ki, Romanovlar sülaləsinin 300 illik yubileyində iştirak edən və çar II Nikolayın ailəsi tərəfindən xüsusi rəğbətlə qarşılanan Dəli Alının 9 övladı var idi. 5 oğul, 4 qız. Hamısı da mərd, yenilməz.

Qardaşı Cahangir Azərbaycan Xalq Cümhuriyyəti zamanı milli orduda xidmət etdiyinə görə qətlə yetirilmişdi. Dəli Alının ortancıl oğlu Məmməd Məhərrəmov isə İkinci Dünya müharibəsində xüsusi rəşadət göstərərək Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü…. ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗