Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Reyhan Topçubaşova 15 dekabr 1905-ci ildə Qubada doğulub..
Reyhan Topçubaşova 15 dekabr 1905-ci ildə Qubada doğulub. İlk təhsilini Hacı Zeynalabdin Tağıyevin Bakı Qızlar Məktəbində alıb. Rəssam 1923-cü ilə kimi pedaqoji sahədə çalışmaqla yanaşı, konservatoriyanın (indiki Bakı Musiqi Akademiyası) fortepiano sinfində təhsil alıb, oğlu İbrahimin dünyaya gəlişi ilə bağlı olaraq, təhsilini tamamlaya bilməyib.
Reyhan xanım 1933-cü ildə indiki Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin xüsusi istedadına görə birbaşa 3-cü kursuna daxil olur. O, burada 1935-ci ilə qədər təhsil alır. Elə həmin dövrdən də rəssamlıq sənətinə başlayır.
1931–1935-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxuyub. 1941-1945-ci illərdə Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədr müavini olub. 10 iyul 1943-cü ildə qadın rəssamlarından ilk "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.
Reyhan Toçubaşovanın bacısı Rəxşəndə Babayeva ilk azərbaycanlı etnoqraf qadındır. 1923-cü ildə həkim Mustafa bəy Topçubaşovla ailə həyatı qurur. Bu evlilikdən 1924-cü ildə İbrahim adlı oğlu doğulur, 1927-ci ildə isə əkizlər Zemfira və Elmira dünyaya gəlir.
Reyhan xanım İbrahim Topçubaşovun anasıdır. İbrahim atasının yolu ilə getdi, Azərbaycanın məşhur cərrahı oldu, 1970-ci ildə vəfat etdi. İbrahimin oğlu Ceyhun Topçubaşov da Azərbaycanın məşhur həkimlərindəndir, Mərkəzi Klinik Xəstəxanada çalışıb.
Qızı, Zemfira Topçubaşova da həkimdir. Prezident İlham Əliyevin 2002-ci ildə imzaladığı fərmana əsasən, o, Azərbaycanda tibb təhsilinin və elminin inkişafında xidmətlərinə görə Prezidentin fərdi təqaüdünə layiq görülüb. 2017-ci ildə vəfat edib.
Reyhan Topçubaşova 5 mart 1970-ci ildə Bakıda vəfat edib. Əsərləri 1936-cı ildən respublika sərgilərində nümayiş etdirilib. İlk sərgidə rəssamın “Toy” adlı çoxfiqurlu əsəri nümayiş olunur.
Onun diplom işi olan bu əsər hazırda Azərbaycan Milli İncəsənət Muzeyində mühafizə olunur. Onun "Köhnə Bakı küçəsi", "Köhnə bazar", "İlk təbliğatçı Mina xanım", "İki sahil", "Qoca zalım şahın hüzurunda", "Qız qalası", "Dəniz", "Mərdəkanın görünüşü" adlı süjetli tabloları və "Balerina Qəmər Almaszadənin portreti", "M. Ə.
Sabirin portreti", "Avtoportret" və "Nizami Gəncəvi" kimi portretləri var. Reyhan xanım 8 mart 1938-ci ildə ilk dəfə Azərbaycan qadın rəssamlarının əsərlərindən ibarət sərgini təşkil edib…
