Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Bakı Şəhər Duması Rusiya Senatının — həyatı və yaradıcılığı.
Bakı Şəhər Duması Rusiya Senatının 1877-ci il 24 may tarixli qərarına əsasən 1878-ci ildə yaradılmışdı. Çar hökumətinin 1870-ci il 16 iyun tarixli qərarı Bakıda 8 il sonra, həm də yarımçıq surətdə tətbiq edilmişdi. Bakının ilk Şəhər Dumasına 72 (sonralar 75) nəfər üzv seçilib.
Üzvlər xüsusi seçki iclaslarında 4 il müddətinə seçilirdilər. Duma üzvlüyünə ancaq daşınmaz əmlakı olan və ya qiyməti 1500 manatdan az olmamaq şərti ilə, ticarət və ya sənaye müəssisələrinə malik olan, 25 yaşından yuxarı şəxslər seçilə bilərdilər. Qadınlar seçki hüququndan məhrum idilər.
Bakı Şəhər Dumasında azərbaycanlıların sayı üzvlərin ümumi sayının yarısından çox olmamalı idi. H. Z.
Tağıyev, M. Nağıyev, Stepan Lianozov, İsa bəy Hacınski və b. sahibkarlar müxtəlif illərdə Bakı Şəhər Dumasının üzvləri olublar.
Azərbaycanın ziyalıları Həsən bəy Zərdabi, Həbib bəy Mahmudbəyov, həmçinin Məşədi Əzizbəyov və b. ayrı-ayrı vaxtlarda Bakı Şəhər Dumasına üzv seçiliblər. Rusiyada Fevral inqilabından (1917) sonra yerli idarələrin fəaliyyəti dayandırıldı.
1918-ci ildə Fətəli xan Xoyskinin rəhbərliyi ilə fəaliyyət göstərən Bakı Şəhər Duması bolşeviklərin yeganə mümkün rəqibi idi. 1918-ci ilin martında kütləvi soyqırımlardan sonra hakimiyyəti ələ almış bolşeviklər Bakı Şəhər Dumasını buraxdılar. 1918-ci il iyulun 30-da AXC hökuməti “İctimai Özünüidarələrin fəaliyyətinin bərpa olunması” haqqında qərar qəbul etdi. Sentyabrın 18-də isə Bakı Şəhər İctimai Özünüidarəsi Rusiya Müvəqqəti hökumətinin 1917-ci il 9 iyun tarixli qanunu əsasında seçilmiş tərkibdə bərpa edildi.
1917-ci il yanvarin 11-də Bakı Duması rəhbərliyə Yekaterinoslavsk Dumasının rəhbəri İvan Ezaunu 1 il əvvəl olduğu kimi rəhbərliyə dəvət etdilər. O, əvvəlcə Bakıya gəlməkdən imtina edir, sonra razılaşır, lakin yanvarın 13-də imtina məktubu göndərir. Yanvarın 15-də Luka Bıç rəhbərliyə dəvət olundu, səsvermə keçirilidi və 60 qlasnıdan 58-i onun lehinə səs verdilər.
Bakı Duması 1878-ci ildən Qoşa Qala qapısı yanında olan 2 mərtəbəli binada yerləşirdi. Bu bina sonralar Fəhlə Klubu adı ilə tarixə düşmüşdü. 1900-cü ildə isə Duma və şəhər idarəsi üçün yeni binanın əsası qoyulur.
Memarı İ. Qoslavski idi…
