Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Pyotr Vüsilyeviç Montin — həyatı və yaradıcılığı.
Pyotr Vüsilyeviç Montin 1882-ci ildə Tiflis quberniyasının Ağbulaq kəndində doğulub. 1900-cü ildən peşəkar inqilabçı idi. Gizli siyasi dərnəklərdə iştirak etdiyi üçün 1902-ci ildə həbs edilib, 1903-cü ildə həbsdən azad olunub, Bakıya gəlib.
Burada partiya işi aparıb, ümumsiyasi tətillərin təşkilində fəaliyyət göstrib. RSDFP Bakı Komitəsinin tərkibinə daxil edilib. Ağşəhər, Bibiheybət rayonlarında Bakı partiya təşkilatının birləşmiş icraiyyə komissiyasına daxil olub, RSDFP Qafqaz İttifaqının 4-cü konfransında iştirak edib, silahlı üsyan hazırlanmasına və ona rəhbərlik edən Qafqaz bürosuna üzv seçilib.
1905-ci ilin dekabrında Bakı bolşeviklərindən RSDFP-nin Tammerfors konfransına nümayəndə seçilən Montin yola düşən gün öldürülub. Bakıda Montin adına zavod, küçə, park var idi. Bəzi mənbələrdə isə bildirilir ki, Pyotr Montin fəaliyyəti dövründə milliyyətini gizlədib, erməni olduğunu bildirməyib.
Onun soyadı Montin deyil, Montiyan olub. Bu barədə tarixçi Araz Vəliyevin fikirləri də maraqlıdır. O yazır ki, Pyotr Montin də bizim xalqımıza qan udduran boleşviklərdən biri olub.
Onu hər hansı yolla təbliğ etmək yolverilməzdir. Sovet dövründə hətta onun şərəfinə qəsəbə də saldılar. Deməli, bolevizmin təbliğində, azərbaycançılığa qarşı siyasətdə onun kifayət qədər əməyi olub ki, adı əbədiləşdirilib.
Onun törətdiyi əməllər haqqında məlumat almaq üçün N. Nərimanovun yazılarını oxumaq bəs edər”. Məlumata görə, hətta Pyotr Montinin əsl soyadı Montiyan olub.
Bakıda Şirvanşahlar dövründən yaşayan ailəyə məxsus çaxır-likör fabrikantının ailəsində doğulan və həddindən ziyadə varlı yaşayan Pyotr Montyan tez-tez həbsxanalara düşüb. Bu səbəbdən də onun hərbi rütbəsinin olması şübhə doğurur. Montiyanın erməni terrorçusu Tatevos Amirovla birlikdə varlı müsəlman ailələrini soymaqla məşğul olduğu barədə də məlumatlar mövcuddur.
Deyilənə görə, onlar varlı müsəlman ailələrin övladlarını oğurlayaraq, əvəzində pul tələb edirmişlər. Bolşevik qruplaşmasının üzvü olmuş P. Montiyan öz yoldaşları tərəfindən öldürülüb.
Onu Qəzənfər Musabəyovun dəstəyi ilə Lavrenti Beriya vurub. Maraqlıdır ki, Bakıda onun abidəsini də məhz Qəzənfər Musabəyov açıb. Həmin vaxt Qəzənfər Musabəyov Mərkəzi İcraiyyə Komitəsinin sədri olub…
Mənbə: Elman Qasımov, “Zərdabi Nəşr” MMC-nin direktoru
