Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Adnan Menderes — həyatı və yaradıcılığı.
Adnan Menderes 1899-cu ildə doğulub. Krım tatarı olan babası Hacı Əli Paşa Konyadan köç edib. Atası İbrahim Etem bəy, anası Tevfika xanımdır.
Ana və atasını kiçik yaşlarında itirib, nənəsinin himayəsində yaşayıb. Bacısı Məlikə də kiçik yaşlarında vəfat edib. Birinci Dünya müharibəsi illərində futbolçu olub.
Daha çox İzmirin Altay klubunda və digər futbol klublarında həvəskar futbolçu kimi fəaliyyət göstərib. Təhsilə İzmir İttihad və Tərəqqi Məktəbində başlayan Adnan Menderes, Qızılçulu Amerikan Kollecində oxuyarkən missionerlərlə bağlı problem yaratdığı üçün müxtəlif yerlərə müraciət edir. Müraciət etdiyi yerlərdən birinin başında Cəlal Bayar dururdu.
O, sonradan birlikdə çalışdığı Cəlal Bayarla belə tanış olub. Birinci Dünya müharibəsi illərində hərbi təlim keçib, lakin xəstələndiyi üçün cəbhəyə getməyib. 1919-cu ilin iyun ayında Birinci Dünya müharibəsində Osmanlı imperiyası üzərində qələbə qazanan Yunanıstan Aydına hücum etdiyi zaman Adnan bəy bir neçə yoldaşı ilə birgə "Ay-ulduz Müqavimət Təşkilatı"nı qurur.
Sonra isə vilayətin Sökə rayonunda piyada alay yavəri olaraq Türkiyənin İstiqlaliyyət müharibəsində iştirak edir. Müharibədə fərqləndiyi üçün qırmızı zolaqlı "İstiqlal" medalı ilə təltif edilir. 14 may 1950-ci il seçimlərində DP səslərin 52,7%-ni alaraq, Türkiyə hökumətini formalaşdırmaq səlahiyyətinə sahib oldu. Calal Bayar prezident( 1950-1960), Adnan Menderes baş nazir (1950-1960) olur və o dövrün sosial və siyasi həyatına öz damğasını vurur.
İqtidarı dövründə 5 hökumət qurur. 10 illik zaman içində Türkiyənin daxili və xarici siyasətində böyük inkişaf və tərəqqiyə səbəb olur. Sənayeləşmə və şəhərsalma sürətlənir, kənd yerlərinə ilk avtomobillər və digər texnika gətirilir, rabitə, enerji, təhsil, səhiyyə, sığorta və bankçılıq inkişaf etməyə başlayır.
27 may 1960-cı ildə Türk Silahlı Qüvvələrinin daxilindəki xunta tərəfindən həyata keçirilən çevrilişlə devrilir və həbs edilir. Yassıadada bütün iqtidarı mühakimə etmək üçün Milli Birlik Komitəsi tərəfindən qurulan Yüksək Ədalət Divanının qərarına əsasən daha 2 nazirlə birlikdə edama məhkum edilərək İmralı adasında asılır. Yassıadada dustaq olduğu vaxtlarda müxtəlif işgəncələrə məruz qaldığı söylənilir.
Çevrilişdən sonrakı illərdə bütün DP üzvləri kimi Adnan Menderesin haqqında da fikirlər dəyişməyə başlayır. 22 may 1987-ci ildə Menderes, Polatkan və Zorlunun məzarlarının İmralıdan köçürülməsini təmin edəcək qanun məclisdən keçir, lakin ailələrinin onlar üçün dövlət səviyyəsində vida mərasiminin keçirilməsinin rədd edilməsi bu prosesi dondurur. Yalnız 1990-cı ilin sentyabrın 17-də prezident Turqut Özalın da qatıldığı böyük bir mərasimlə "edam olunmuş nazirlər" İstanbulda dəfn edilir.
Sonradan Adnan Menderes tamamilə bəraət qazanıb. Adı universitetə, parklara və küçələrə verilib…
