Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə 1884-cü ildə Naxçıvanda doğulan Rzaqulu Məşədi Ələkbər oğlu Nəcəfov, mükəmməl təhsil alıb….
1884-cü ildə Naxçıvanda doğulan Rzaqulu Məşədi Ələkbər oğlu Nəcəfov, mükəmməl təhsil alıb, ərəb, fars, rus və gürcü dillərini dərindən bilib. Onun dünyagörüşünün formalaşmasında qardaşı, şair Əliqulu Qəmküsarın xüsusi rolu olub. Culfa gömrükxanasında işləyib, İran inqilabına (1905–1911) kömək edib.
1912-ci ildə Tiflisə köçüb, "Molla Nəsrəddin" jurnalına ikinci redaktor təyin edilib, Əliqulu Qəmküsarın köməkçisi olub. AXC dövründə Gürcüstanda Azərbaycan hökumətinin konsulu vəzifəsində çalışıb. 1922-ci ildən Tiflisdə azərbaycanca nəşr edilmiş həftəlik "Yeni fikir" qəzetinin təsisçilərindən və redaktorlarından biri olub.
Sovet hakimiyyəti illərində "Yeni fikir" qəzetinin redaktor müavini, "Dan ulduzu" jurnalının redaktoru, "Molla Nəsrəddin" jurnalının müxbiri, Zaqafqaziya Yeni Əlifba Komitəsinin sədr müavini, Tiflis Türk (Azərbaycan) Dövlət Dram Teatrının direktoru olub.20-ci əsrin 30-cu illərində Bakıya köçüb, nəşriyyatda isləyib. Dövri mətbuatda ciddi və satirik üslubda məqalələr, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir haqqında xatirələr dərc etdirib.1931-ci ildə Azərbaycan Milli Mərkəzinin üzvü kimi həbs edilib. O, AMM ilə Türkiyə konsulluğu arasında əlaqə yaratmaqda günahlandırılırdı.
30 sentyabr 1931-ci ildə 8 ilədək həbs cəzası alır, 8 fevral 1932-ci ildə cəzası 3 ilədək həbslə əvəz olunur. 1937-ci ildə yenidən repressiya edilir, ölüm cəzasına məhkum olunur. Rzaqulu Nəcəfov "Mozalan", "Bir müsəlman", "Lağlağı", "N.
R.", "R. Nəcəfzadə" və s. gizli imzaları ilə "Bürhani-tərəqqi" (1909), "Həqiqət" (1910), "Molla Nəsrəddin" (1913), "Maarif işçisi" (1927), "Dan yıldızı", "Yeni fikir" (1926), "Yeni Gəncə" (1925) nəşrlərində dərc olunub…
