Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Cəmi 29 il yaşayan və Səfəviləri idarə edən PƏRİXAN xanım haqqında olan bu məlumatı tarix….
Cəmi 29 il yaşayan və Səfəviləri idarə edən PƏRİXAN xanım haqqında olan bu məlumatı tarixçi İsgəndər bəy Münşiyə əsasən Sizə təqdim edirəm… II ismayılın Qəhqəhədən paytaxta gəlməsinə qədər olan müddətdə Pərixan Sultan hakimiyyəti əlinə almışdı. 23 may 1576-cı ildə İsmayılın adına xütbə oxutdurmuşdu.
4 iyun 1576-cı ilədək hələ də hakimiyyət onun əlində idi… … I Təhmasibin ölümündən sonra İsmayıl hələ də Qəhqəhə qalasında olduğu üçün 14 may 1576-cı ildə Heydər mirzə hakimiyyəti ələ keçirdi.
Təhlükəli vəziyyəti görən Pərixan xanım Heydərlə mülayim davranmağa səy göstərsə də, əslində ona plan hazırlamışdı… Heydər mirzə ona inandığı üçün qardaşı Süleyman mirzə və Pərixan Sultanın dayısı-Şamxal Sultana saraydan getməyə icazə verdi. Lakin Pərixan bilirdi ki, Heydər Mirzə və fəsad anası-Gürcü qızı Tinatin onu və qardaş, bacılarını sarayda sağ qoymayacaq. Bu səbəbdən fürsətdən istifadə edən Pərixan xanım dayısına sarayın əsas qapısının açarını verdi.
Şamxal sultan çərkəzlərdən ibarət 300 nəfərlik şəxsi heyəti ilə Heydər Mirzəni öldürdü. Taxt yolu II İsmayıl üçün artıq açılmışdı. Pərixan Sultan Heydərin ölümünü istəmirdi, lakin özü də istəmədən bu ölümə şahid olmuşdu.
Özünü saraya yetirsə də, artıq Heydər Mirzənin kəlləsi alınmış, iş-işdən keçmişdi. Anası-Sultanağa Sultan da qardaşı-Şamxal Sultanın bu işinə görə şillə vurmuş, onu saraydan qovmuşdu. Və bundan sonra Pərixan Sultanın dərin mənəvi böhran dövrü başlamışdı…
