Tarix dərsliklərində adı çəkilən Qaçaq Məmmədqasım — həyatı və yaradıcılığı

Şrift
Tarix dərsliklərində adı çəkilən Qaçaq Məmmədqasım — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Tarix dərsliklərində adı çəkilən Qaçaq Məmmədqasım — həyatı və yaradıcılığı.

Tarix dərsliklərində adı çəkilən Qaçaq Məmmədqasım 1897-ci ildə Gəncə quberniyası Samux nahiyəsinin Tomulu kəndində doğulub. Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında onun xatirələri ilk dəfə dərc edilib. O, xatirələrində belə yazır: "Mən Gəncə vilayətinin Samux qəzasının Tomulu kəndindəki Arıxlı soyundanam.

Atamın adı Məhəmməd, anamın adı Ağa Soltan, Ağabəyimin adı Şirin, qardaşlarımın adı Əsəd və Ələsdir. Doğulduğum kənddə mənə Arıxlının cəsuru Məmmədqasım deyirdilər. 1897-ci ildə Tomuluda anadan olmuşam".

Həmin xatirələrdən daha bir parca: "Çar zamanı Sibirdən Gəncəyə rus əsgərləri gətirilmişdi. Onlar çeşməyə gedən çarşablı qadınlara söz atıb həyasızlıq edirdilər. Bundan mütəəssir olan xalq Ələkbər bəyin yanına şikayətə gedir.

Bizim də dəliqanlı vaxtlarımız idi. Ələkbər bəy 15 nəfər dəliqanlı topladı və dedi : – Hamınız qadın paltarı geyib üstündən çarşaba bürünəcəksiniz. Kişi olduğunuz bilinməyəcək.

Silahınız da çarşab altında olmalıdır, qucağınızda teşt paltarla dolu çaya gedəcəksiniz. Rus əsgərləri həyasızlığa başlayanda atəş atacaqsınız. Onun tapşırığını yerinə yetirdik və nəticədə rus əsgərləri rədd olub getdilər" Mərhum Ələkbər bəyi öldürmək üçün ermənilər və ruslar nə qədər hiylə qursa da, xalq onu qorudu"…

Qaçaq Məmmədqasım daha sonra qeyd edir: "Azərbaycan Cümhuriyyəti mənə Eldar, Alazan nəhri(çayı) arasında Gürcüstan sərhədlərini qorumaq üçün komandanlıq vəzifəsi verdi…" Gəncə üsyanında iştirak edən Qaçaq Məmmədqasım yazırdı:”1920-ci il mayın 24-də bolşevik hökumətinə qarşı ilk üsyan Gəncədə alovlandı. Şəhərdə yerləşən bolşevik qərargahını ələ keçirdik. Yalnız ermənilərin himayəsi ilə bolşeviklər şəhəri top atəşinə tutmağa nail oldular.

Mən Samuxdan 250 nəfər könüllü toplayaraq Gəncəyə qayıtmaq istəyirdim. Qarasaqqal ətrafında bolşeviklərin 500 nəfərlik dəstəsi ilə üzləşdik. İki saatlıq qanlı döyüşdə bolşeviklər darmadağın edildi.

Bu döyüşdə 420 bolşevik əsgəri məhv edildi. Gəncəyə gəlib üsyançılarla birləşdik. Üsyanı Şeyx Cahangir bəy, Qaçaq Qənbər, Sarı Ələkbər, Tatoğlu Həsən idarə edirdilər.

Gəncə üsyançıları bütün çətinliklərə baxmayaraq mətinliklə mübarizə aparırdılar. Lakin Gəncədə yaşayan ermənilər şəhər əhalisinə xəyanət etdi. Məhz bu xəyanətin nəticəsində üsyan amansızlıqla yatırıldı".

… Qaçaq Məmmədqasım 1933-cü ilin yanvar ayında İran ərazisinə keçir. Öz dəstəsi ilə İran ərazisində məskunlaşsa da, bolşeviklər yenə onlara qarşı təxribatlar törətməkdə davam edirdilər.

1933-cü ilin yayında Məmmədqasımın dəstəsində 8 nəfər müəmmalı şəkildə karvansarada öldürülür. Bunun təxribat olduğunu anlayan Məmmədqasım 1933-cü ilin oktyabrında öz dəstəsi ilə İrandan Türkiyəyə keçir, bir müddət sonra isə qardaşı Əsədlə Elazığ şəhərinə köçür. Qaçaq Məmmədqasım 69 yaşında, 1967-ci ildə Elazığda vəfat edir…

Onun xatirələri çox böyükdür. Mən bu kiçik qeydləri səhifəmizi izləyən bir nəfərin xahişi ilə paylaşdım. Özünü Qaçaq Məmmədqasımın nəslinə doğma olan adam kimi təqdim etdi.

Düzünü deyim ki, onu tanımıram, heç adını da bilmirəm. Amma hər ikimizin məqsədi belə qeyrətli vətən oğullarını xalqımıza daha yaxından tanıtmaqdır…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗