Mirzə Cəfər Əlimərdan bəy oğlu Topçubaşov 1790-cı ildə Gəncədə doğulub.

Şrift
Mirzə Cəfər Əlimərdan bəy oğlu Topçubaşov 1790-cı ildə Gəncədə doğulub.

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mirzə Cəfər Əlimərdan bəy oğlu Topçubaşov 1790-cı ildə Gəncədə doğulub..

Mirzə Cəfər Əlimərdan bəy oğlu Topçubaşov 1790-cı ildə Gəncədə doğulub. Sonralar ailəsi ilə birlikdə Tiflisə köçüb. 1812-ci ildə Rusiya Xarici İşlər Nazirliyinin Asiya departamentinə tərcüməçi təyin edilib.

1819-cu ildə Sankt-Peterburq Baş Pedaqoji İnstitutuna fars dilçiliyi kafedrasına müəllim dəvət olunub və ərəb, fars və türk dillərindən dərs deyib. 1835-ci ildə universitetin İran ədəbiyyatı kafedrasının müdiri və professoru olub. 1849–1867-ci illərdə Asiya departamenti nəzdindəki Şərq Dilləri İnstitutunun professoru kimi fəaliyyətini davam etdirib. O, Rusiya Arxeologiya və Numizmatika cəmiyyətinin yaradıcılarından biri olub, 1852–1857-ci illərdə şərq şöbəsinin müdiri işləyib. Şöbə onun rəhbərliyi ilə "İzvestiya" (Xəbərlər) adlı jurnal buraxır, Şərq arxeologiyası, habelə Azərbaycan haqqında məqalələr dərc edirdi.

Mirzə Cəfər Topçubaşov "Dədə Qorqud"u və 50-dən artıq şairin əsərlərini rus dilinə tərcümə edib. Onun rəhbərliyi altında bir sıra rus şərqşünasları və diplomatları hazırlanmışdı. Sərq tarixinə və ədəbiyyatına dair 1834-cü ildə "İran xrestomatiyası" və "Monqolların ən qədim dövrlərdən Teymurləngə qədərki tarixi" adlı əsərləri nəşr edilmişdi.

A. S. Qriboyedov ondan fars, A.

Mitskeviç isə türk dilini öyrənmişdi. O, Mitskeviçlə dost olmuş və onun "Krım sonetləri" adlı əsərini fars dilinə tərcümə etmişdi. M.

Topçubaşovun elmi fəaliyyətini V. Belinski, İ. Kraçkovski, O.

Senkovski kimi rus elm və mədəniyyət xadimləri yüksək qiymətləndiriblər. Rus imperiyası qarşısındakı xidmətlərinə görə imperatorun razılığı və Senatın qərarı ilə ən yaxşı şərqşünaslıq əsərlərinə 100 rubl verməklə "Topçubaşov mükafatı" təsis olunmuşdu. O, şərqşünaslığın inkişafında xidmətlərinə görə Böyük Britaniya Kral Cəmiyyətinin həqiqi üzvü seçilmişdi.

I dərəcəli Stanislav, II və III dərəcəli Anna, İranın "Şiri-Xurşid" ordenləri ilə mükafatlandırılıb. 1869-cu ildə Peterburqda vəfat edib. AXC parlamentinin sədri Ə.

M. Topçubaçovun babasıdır…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗