Vladimir Polonski — həyatı və yaradıcılığı

Şrift
Vladimir Polonski — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Vladimir Polonski — həyatı və yaradıcılığı.

Vladimir Polonski 1893-cü ildə Rusiyanın Tobolsk vilayətində yəhudi ailəsində doğulub. 1908-ci ildə matros kimi çalışmağa başlayıb, 1912-ci ildə isə Sankt-Peterburqda elektrik ustası kimi fəaliyyət göstərib. 1907-ci ildə Rusiya Sosial Demokrat Partiyasının üzvü olub. Vladimir Polonski 1914-cü ildə öz siyasi baxışlarına görə həbs olunub.

1918-1920-ci illərdə Qərb və Cənub cəbhələrində diviziya komissarı kimi fəaliyyət göstərib. Məsələnin bizim üçün maraqlı olan tərəfi isə odur ki, V. Polonski 1930–1933-cü illərdə Azərbaycan Kommunist Partiyasının I katibi olub.

(Yeri gəlmişkən, qeyd edək ki, ondan əvvəl Azərbaycanı Nikolay Gikalo, ondan sonra isə qısa müddət ərzində Ruben Rubenov idarə edib). 1937-ci ildə SSRİ Xalq rabitə komissarının müavini vəzifəsində çalışıb. 1922-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olan Vladimir Polonski 22 iyun 1937-ci ildə yaratdığı kəskin siyasi münaqişələrə görə yenidən həbs edilib.

Məhkəmənin qərarı ilə ona güllələnmə cəzası verilib və 1937-ci il oktyabrın 30-da Lyublyana həbsxanasında güllələnib. Moskvada, Donskoye qəbristanlığında dəfn edilib. 1958-ci ildə bəraət alıb…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗