Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə 1923–1929-cu illərdə Azərbaycan Sovet Sosialist Respublikasının ərazisində Kürdüstan Qəza….
1923–1929-cu illərdə Azərbaycan Sovet Sosialist Respublikasının ərazisində Kürdüstan Qəzası və ya Qızıl Kürdüstan mövcud olub. Belə ki, bu inzibati vahid 1921-1926-cı illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi olan Sergey Mironoviç Kirovun təklifi ilə 1923-cü il, 21 iyunda Azərbaycan SSR Xalq Komissarları Sovetinin iclasında yaradılıb. (Onu bu planı həyata keçirməyə təhrik edən və razı salanlar barədə əlavə araşdırma aparılacaq).
Kürdüstan qəzasının ilk mərkəzi Pircahan kəndi idi. Daha sonralar isə mərkəz Laçın şəhərinə köçürülur. Qəzanın ilk katibi Şuşada dünyaya gəlmiş, azərbaycanlı bolşevik Hüsü Hacıyev idi.
(Yeri gəlmişkən, Bakının mərkəzi küçələrindən biri Hüsü Hacıyevin adını daşıyır və onun barəsində də ayrıca paylaşım edəcəyik). 1926-cı ildəki siyahıya alınmada Kürdüstan qəzasında əhalinin etnik tərkibi 72,3% kürd, 26,7% türklər olsa da, əhalinin 92,5%-nin ana dili türk dili və yalnız 6,1%-nin ana dili kürd dili olub. Ancaq bu inzibati qurumun ömrü uzun çəkmir.
Belə ki, SSRİ daxilində inzibati ərazi vahidlərinin dəyişdirilməsi sahəsində aparılan islahatlar zamanı, yəni, 1929-cu il 8 aprel tarixli qərarla Kürdüstan qəzası da ləğv edilib… TARİXİMİZİ UNUTMAYAQ!!!
