… Ziba Qəniyeva — həyatı və yaradıcılığı

Şrift
… Ziba Qəniyeva — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə … Ziba Qəniyeva — həyatı və yaradıcılığı.

… Ziba Qəniyeva 1923-cü ildə Şamaxıda doğulub. O, 1940-cı ildə Moskvada Teatr Sənəti Dövlət İnstitutuna aktyorluq fakültəsinə daxil olur.

Amma müharibə onun arzularını yarımçıq qoyur. Müharibənin ilk günlərində yüz minlərlə gənc kimi Ziba da cəbhəyə getmək üçün hərbi komissarlığa müraciət edir. Bir neçə gün sonra onun xahişi qəbul edilir və o atıcılıq kurslarının müdaviminə çevrilir, bu kursları bitirdikdən sonra isə 1941-ci ildə Moskva uğrunda döyüşlərdə iştirak edir.

V. S. Murmantsevanın "Böyük Vətən Müharibəsində Sovet qadınları" kitabına görə, o, qısa müddətdə 21 nəfər faşist məhv etmişdi.

Rəssam Tahir Salahovla söhbətlərindən birində Qəniyeva demişdi: "Tahir, mən 129 faşist məhv etmişəm." Böyük Vətən Müharibəsi illərində göstərdiyi qəhrəmanlıq və şücaətə görə Ziba Qəniyeva çoxsaylı dövlət mükafatları ilə, o cümlədən, “Qırmızı Bayraq” və “Qırmızı Ulduz” ordeni ilə, “Moskvanın müdafiəsi uğrunda” medalı ilə təltif edilib. Sovet İttifaqı Qəhrəmanı adı almasına mane olan səbəb isə anasının repressiya qurbanı olması idi. Anası özbək idi və o XX əsrin 30-cu illərində repressiyaya məruz qalmışdı.

Zibanın 14 yaşı olanda ağır sürgün illəri yaşamasın deyə valideynləri ondan imtina etmişdi. Müharibə bitəndən sonra məşhur diplomat, SSRİ-nin Türkiyədə müvəqqəti səfiri olan Tofiq Qədirovla ailə qurur. Tarixlə yaxından maraqlanmağa başlayır və şərqşünaslıq üzrə doktorluq dərəcəsi alıb.

Ziba Qəniyeva 1955-1956-cı illərdə Bakı Ali Partiya Məktəbində dil və ədəbiyyat kafedrasının müdiri, 1956-cı ildən SSRİ EA Şərqşünaslıq İnstitutunda elmi işçi vəzifələrində işləyib. 1945-ci ildə sovet kinosunun ekranlarına “Tahir və Zöhrə” adlı bir film çıxır. XV əsrdə indiki Özbəkistan ərazisində Teymuri sülaləsi zamanı yaranmış xalq dastanının motivləri əsasında çəkilən bu filmin rejissorları Nəbi Qəniyev və Yuldaş Aqzamovdur.

O, bu filmdə İran şahzadəsi rolunu oynayıb. Ziba xanım 2010-cu ildə Moskvada vəfat edib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗