Mir Yaqub Mehdiyev — həyatı və yaradıcılığı

Şrift
Mir Yaqub Mehdiyev — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mir Yaqub Mehdiyev — həyatı və yaradıcılığı.

Mir Yaqub Mehdiyev 1891-ci ildə Xırdalanda doğulub. 1913-cü ildə çar üsul- idarəsinin müsəlman xalqlarına etdiyi təzyiqlərə etiraz əlaməti olaraq, Kiyevdə gizli şəkildə fəaliyyət göstərən müsəlman tələbələrinin yığıncağında iştirak edir, həbs olunur və institutdan xaric edilir. Lakin az sonra bərpa edilir, Almaniyaya gedir, Bonn şəhərindəki universitetdə ali təhsil alır."İttihad" Partiyasının qurucularından biridir. Zaqafqaziya Seyminin 1918-ci il 25 mart tarixli iclasında Cənubi Qafqazın müstəqil elan olunması tələbi ilə müsəlman fraksiyası adından ilk dəfə çıxış edib.

Azərbaycan Milli Şurasının üzvü olub, "Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanun"una əsasən, seçkisiz Azərbaycan Parlamentinin tərkibinə daxil edilib. Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində yer allıb. 18 ildən artıq Fransada yaşayıb, orada "SSRİ-də milli məsələ" mövzusunda doktorluq dissertasiyasını yazıb, hüquq elmləri doktoru elmi dərəcəsini qazanıb. 1926-cı ildə mühacirlərin təşkil etdiyi "Prometey" cəmiyyətinin mətbu orqanı olan "Prometey" jurnalında "San-Remo konfransı və Qafqaz respublikaları" və "Erməni məsələsi" məqalələri çap edilir. 1927-ci ildə M.

Ə. Rəsulzadənin qurduğu Azərbaycan Milli Mərkəzində təmsil olunur. Məmməd Məhərrəmovla birlikdə Cenevrə və Lozanna konfranslarında iştirak edib, Azərbaycan neftini heç kimin hərraca qoymağa səlahiyyətli olmadığı barədə kəskin etiraz notaları ilə çıxış edib.

SSRİ-nin Millətlər Cəmiyyətinin üzvlüyünə daxil olunması ilə bağlı etiraz notasını Azərbaycan adından imzalayıb. Mehdiər təxəllüsü ilə tanınan Mir Yaqub Mehdiyev 7 noyabr 1949-cu ildə İstanbulda vəfat edib. Ölümü ilə bağlı nekroloqda Türkiyədə qazandığı nüfuzu öz əksini tapıb: " Milli Azərbaycan Cümhuriyyətinin Avropa nümayəndəsi, İstanbul Hərb Akademiyasının rus dili müəllimi, Heybəli Ali Dəniz Məktəbinin iqtisad professoru, hüquq doktoru Mir Yaqub Mehdier 7. 11. 1949 sabahı infarktdan vəfat etmişdir.

Cənazəsi bu gün, 8. 11. 1949 tarixində günorta namazı ərəfəsində Teşvikiyə məscidində cənazə namazı qılındıqdan sonra Fəriköy məzarlığında dəfn edilmişdir"…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗