Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə 23 yaşında, 23 sentyabr, 1963-cü ildə faciəli şəkildə dünyasını dəyişən Sevil Qazıyevanın….
23 yaşında, 23 sentyabr, 1963-cü ildə faciəli şəkildə dünyasını dəyişən Sevil Qazıyevanın ölümü ilə bağlı bir neçə mülahizə var, ancaq araşdırmaçıların hamısı bir məsələdə həmfikirdir-qız tarlada işləyərkən dünyasını dəyişib. Bir ehtimala görə, Qaziyevanın ölümü təsadüf deyil, saxtalaşdırılmış tarixçədir. İkinci mülahizəyə görə, Sevil Qazıyeva tarlada baş verən yanğın zamanı traktorunu xilas etmək istəyərkən faciəvi şəkildə ölüb.
İlk iki mülahizə şahidlərin ifadəsi ilə təsdiqlənmədiyindən üçüncüsü ən etibarlı və doğru hesab olunur. Belə ki, Sevil Qazıyeva həqiqətən dəhşətli bir təsadüf nəticəsində ölüb. 1963-cü il sentyabrın 22-dən 23-nə keçən gecə pambıq tarlasında işləyərkən uzun saçının bir hissəsi kombayna dolanaraq başının bir hissəsini üz dərisindən qoparıb.
Həkim gələndə isə o, artıq vəfat etmişdi. Qazıyevanın dostu Qənimət, eləcə də Çingiz Fərəcov hadisənin şahidi olublar. Ekspertizanı aparan məhkəmə-tibb eksperti Sabir Əliyev də mərhumun bədənində zorakılıqla ölüm əlamətləri aşkar etməyib.
Sevil Qazıyeva Zaqatalada dəfn olunub. Bakıda isə adına park var. …
Sevil Qazıyeva 1940-cı il iyun ayının 1-də Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. 1959-cu ilin dekabrında Sevil qəzetdə bir məqalə oxuyur. Tələbə özbək qızı Tursunoy Axunovanın maşında təkbaşına yüz adam qədər pambıq yığdığını öyrənəndə sürücü-mexanik olmağa qərar verir.
Ertəsi gün Bakı 5 saylı sənət məktəbinin 4 tələbəsi- Sevil Qazıyeva və rəfiqələri Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibinə məktub yazıb Bakı şəhərində qızlar üçün sürücü-mexanik kurslarının açılmasını xahiş edirlər. Gənc qızların bu təklifi respublika rəhbərliyi tərəfindən dəstəkləndiyi üçün bir müddət sonra Binədəki kənd təsərrüfatını mexanikləşdirmə məktəbində sürücü-mexanik hazırlayan kurs açılır. Qısa müddət ərzində Azərbaycanın adlı-sanlı pambıqçılarından birinə çevrilən Sevil Qazıyeva 1962-ci ildə öz maşını ilə 190 ton pambıq yığır…
… Sevil Qazıyeva 1963-cü ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Elə həmin ildə də həlak olub…
