Tarix dərsliklərindən üzvi kimya sahəsində ilk azərbaycanlı kimyaçı alim kimi tanıdığımız…

Şrift
Tarix dərsliklərindən üzvi kimya sahəsində ilk azərbaycanlı kimyaçı alim kimi tanıdığımız…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Tarix dərsliklərindən üzvi kimya sahəsində ilk azərbaycanlı kimyaçı alim kimi tanıdığımız….

Tarix dərsliklərindən üzvi kimya sahəsində ilk azərbaycanlı kimyaçı alim kimi tanıdığımız Mövsüm bəy (bəzi mənbələrdə Möhsün də yazılır) Məhəmməd bəy oğlu Xanlarov 1857-ci il sentyabrın 24-də Bakıda doğulub. 1878-ci ildə Bakı Realnı məktəbini bitirir, Almaniyada universitet tələbəsi olur. Mövsüm bəy Almaniyadan öz sevimli müəllimi, Həsən bəy Zərdabiyə göndərdiyi məktublarında öz təhsili, gələcək planları barədə söhbət açır və keçmiş məktəb yoldaşları Nəcəf bəyin (Nəcəf bəy Vəzirov) və Əsgər ağanın (Əsgər ağa Gorani) əhvalını soruşurdu. O, təhsilini Leypsiq Universitetində davam etdirir.

Neft emalı üzrə biliklərə yiyələnmək üçün müvafiq təhsil ocağı və səriştəli müəllim axtarışında olan Mövsüm bəy bu barədə professor Vaqnerdən məsləhət istəyərkən o, Almaniyada belə mütəxəssisin olmadığını bildirir, vəziyyətdən çıxış yolu kimi onu müvəqqəti olaraq öz laboratoriyasına dəvət edir. 1881-ci ildə Strasburq şəhərinə, Vilhelm Kayzer Universitetinə gəlir və professor Rudolf Fittiqin rəhbərliyi altında elmi araşdırmalara başlayır. 1883-cü ildə Strasburq Universitetinin Elmi Şurasında 26 yaşlı azərbaycanlı Mövsüm bəy Xanlarov kimya elmləri doktoru alimlik dərəcəsi alır.

Qısa müddətdən sonra Azərbaycana dönür və bu uğurların sırasını daha da genişləndirir. D. İ.

Mendeleyev, D. P. Konovalov, N.

A. Mentuşkin kimi alimlərlə yazışmaları, onun hansı elmi səviyyəyə malik olduğunu göstərir. İsmayıl bəy Qaspıralının “Tərcüman” qəzetinin 1884-cü ildəki 20-ci sayında Bakıdakı teatrın inkişafına töhfə verən şəxslərin başında "Kimyaçı Xanlarov"un olduğu qeyd olunur.

Mövsüm bəy Azərbaycanın sovetləşdirilməsindən öncə kimya sahəsində sistemli təhsil almış ilk və tək şəxsdir. Yusif Məmmədəliyevin bildirdiyinə görə, Mövsüm bəy Bakıya döndükdən sonra elmi fəaliyyətlə məşğul ola bilmir və elmi araşdırmalarını 1887-ci ildə dayandırır. Buna görə də bu ildən etibarən onun adı Rusiya Fizika-Kimya Cəmiyyətinin üzvləri siyahısında yoxdur.

O, Bakıya qayıdandan sonra məşhur mesenat H. Z. Tağıyevin qızı Xanımla ailə qurur.

Bu fakt 23 fevral 1921-ci ildə dünyasını dəyişmiş M. Xanlarovun sovet dövründə tam unutdurulmasına, diqqətdən tamamilə kənarda qalmasına səbəb olan əsas amillərdən biri idi…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗