Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əvəz Verdiyev — həyatı və yaradıcılığı.
Əvəz Verdiyev 1916-cı ildə Laçının Quşçular kəndində doğulub. 3 yaşında yetim qalıb. 20 yaşı tamam olanda Bakıya gedib, fəhlə-gənclər məktəbində oxumaqla bərabər S.
Orconikidze adına maşınqayırma zavodunda işləyib. 1938-ci ildə Sovet Ordusuna çağırılıb, SSRİ-Finlandiya müharibəsində (1939–1940) iştirak edib. 1940-cı ildə ordudan tərxis olunub və Bakıya qayıdaraq əvvəllər işlədiyi zavodda çalışıb. 1941-ci ilin iyun ayında yenidən orduya çağırılıb, döyüşlərdə ağır yaralanıb, tezliklə sağalaraq cəhbəyə qayıdıb. Ukrayna və Polşanın azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. 1944-cü il avqustun 2-də Polşanın Staşuv şəhəri uğrunda gedən döyüşdə göstərdiyi qəhrəmanlığa görə 23 sentyabr 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb və ona "Qızıl ulduz" medalı (medal №4647) və "Lenin Ordeni" təqdim olunub. Sonrakı döyüşlərdən birində ağır yaralanıb və 1 may 1945-ci ildə, Böyük Vətən Müharibəsinin bitməsinə bir həftə qalmış vəfat edib.
Polşanın Boleslaves şəhərində dəfn olunub. Vaxtilə Laçında Əvəz Verdiyevə abidə ucaldılmışdı, şəhərin mərkəzi küçələrdən biri onun adını daşıyırdı…
