Azərbaycanın ilk pianoçu-pedaqoq xanımı Kövkəb Kamil qızı Səfərəliyeva 1907-ci ildə Bakıd…

Şrift
Azərbaycanın ilk pianoçu-pedaqoq xanımı Kövkəb Kamil qızı Səfərəliyeva 1907-ci ildə Bakıd…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Azərbaycanın ilk pianoçu-pedaqoq xanımı Kövkəb Kamil qızı Səfərəliyeva 1907-ci ildə Bakıd….

Azərbaycanın ilk pianoçu-pedaqoq xanımı Kövkəb Kamil qızı Səfərəliyeva 1907-ci ildə Bakıda doğulub. 8 yaşında Marinski adına ümumtəhsil məktəbinə daxil olur. Eyni vaxtda həm də fortepiano sinfində musiqi dərsləri alır. 1916-cı ildə isə təhsilini Musiqi Texnikumunda davam etdirir.

Azərbaycan Demokratik Respublikasının yaradılması və baş verən siyasi olaylarla bağlı vəziyyət getdikcə dəyişməyə başlayır. 20-ci illərdə isə demokratik təbəqəyə qarşı kəskin repressiyalar başlayır. Bu repressiyaların təsiri Səfərəliyevlər ailəsindən də yan keçmir.

Hadisələrlə bağlı keçirdiyi məşəqqətli əzablar nəticəsində Kövkəbin atası Kamil bəy Səfərəliyev 1920-ci il noyabr ayının 27-də, 48 yaşında ürək tutmasından vəfat edir. 1926-cı ildə Kövkəb Səfərəliyeva Musiqi Texnikumunu bitirir və çox gənc olmasına baxmayaraq onu Türk Qadın Seminariyasına işə dəvət edirlər. O, pedaqoji fəaliyyətə başlayır.

Məhz bu seminariyada da möhtəşəm ikilinin -Üzeyir bəylə Kövkəb xanımın tanışlığı və birgə fəaliyyəti başlayır. Musiqi Texnikumundan sonra Səfərəliyeva konservatoriyanın fortepiano şöbəsinə daxil olur. …

Kövkəb Səfərəliyeva bəstəkar Asəf Zeynallının nişanlısı olub. Asəf Zeynallı 1932-ci ildə 23 yaşında vəfat etdikdən sonra Kövkəb xanım heç kimlə ailə həyatı qurmur və ömrünün sonuna qədər həyatdan vaxtsız köçən Asəf Zeynallını unutmur. Kövkəb Səfərəliyeva 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirir, həmin tədris müəssisəsinin professoru olur(1952).

Musiqi təhsilinin inkişafında böyük əməyi olan Kövkəb xanım 1937-ci ildə Konservatoriyanın nəzdində orta ixtisas musiqi məktəbinin (indiki Bülbül adına məktəb) direktoru olub(1937–1952). 1972-ci ildə Azərbaycan SSR xalq artisti adını alan Kövkəb xanım 1985-ci ildə, 78 yaşında vəfat edib. Bakı şəhərində 16 nömrəli Uşaq Musiqi Məktəbi Kövkəb Səfərəliyevanın adını daşıyır.

Bakının mərkəzi hissəsində adına küçə var(Üzeyir Hacibəyov küçəsi ilə kəsişir)…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗