Əli Baba oğlu Babayev — həyatı və yaradıcılığı

Şrift
Əli Baba oğlu Babayev — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əli Baba oğlu Babayev — həyatı və yaradıcılığı.

Əli Baba oğlu Babayev 1910-cu ildə Naxçıvanda doğulub. 1938-ci ildən Kommunist Partiyasının üzvü olub. 1940-cı ildə Sovet Ordusuna çağrılıb. 1942-ci ildə faşistlər tərəfindən əsir götürülüb. 1943-cü ilin noyabrında Əli Babayev İtaliyanın şimalında yerləşən Udine şəhərindəki əsir düşərgəsindən bir qrup hərbi əsirlə, İtalyan kommunistlərinin köməyi ilə qaçır.

25 mart 1944-cü ildən İtaliyan partizanlarına qoşulur, Pyetto (Piotto) ləqəbi ilə tanınır. Sovet Ordusunun hərbi əsirlərindən ibarət "Çapayev" batalyonunu yaradır və komandiri olur. Əli Babayev İkinci Dünya müharibəsi dövründə İtaliyadakı partizan hərəkatında fəal iştirak edir, C.

Haribaldi adına batalyonun komandiri olur, İtaliyanın "Hərbi şücaətə görə" gümüş medalı ilə təltif olunur. 1951-ci ilin yanvarında Bakıda Azərbaycan legionunun üzvü kimi həbs edilir və həmin ilin noyabrında hərbi məhkəmə tərəfindən vətən xaini ittihamı ilə əmlakı müsadirə olunaraq 15 il azadlıqdan məhrum edilir. Stalinin ölümündən sonra isə əfv olunur.

Əli Babayev 23 oktyabr 1985-ci ildə vəfat edib və Naxçıvanda dəfn olunub…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗