Tahirə Əkbər qızı Tahirova — həyatı və yaradıcılığı

Şrift
Tahirə Əkbər qızı Tahirova — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Tahirə Əkbər qızı Tahirova — həyatı və yaradıcılığı.

Tahirə Əkbər qızı Tahirova 1913-cü il noyabrın 7-də Rusiya imperiyasının Zakaspiysk vilayətinin (indiki Türkmənistan) Mərv qəzasında, Bayramalı kəndində ziyalı ailəsində doğulub. 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirib və neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın-mütəxəssis olub. O, Şuşanın məşhur əsilzadə ailələrindən olan Tahirovlar nəslindəndir. Əmək fəaliyyətinə 1936-cı ildən elmi işçi kimi başlayıb,1940-cı ildə Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunub.

1942-ci ildən etibarən II Dünya müharibəsi illərində cəbhənin fasiləsiz neft təchizatına cavabdeh idi. 1949-cu ildə partiya işindən Azərbaycan Sənaye İnstitutunun "Neft yataqlarının istismarı kafedrası"nda elmi-pedaqoji fəaliyyətinə qayıdır, 1953-cü ildə texniki elmlər namizədi dərəcəsini alır. 1959-cu ildə SSRİ XİN-in Diplomatik Akademiyasını bitirir. 1954-1957-ci illərdə Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri, 1957–1959-cu illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Elm-Texnika Komitəsinin sədri, 1959–1983-cü illərdə Azərbaycan SSR xarici işlər naziri və paralel olaraq,1963–1968-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olub. 1968-ci ilədək SSRİ-nin müttəfiq respublikalarında (BMT-də öz nümayəndəlikləri olan Ukrayna SSR və Belorusiya SSR istisna olmaqla) mövcud olmuş qaydaya əsasən, xarici işlər nazirinin vəzifəsini digər vəzifələrlə yanaşı icra etmişdi.

Lakin,Tahirovanın səyləri nəticəsində Azərbaycan Ukrayna və Belorusiyadan sonra ilk müttəfiq respublika oldu ki, bu vəzifə o biri nazir vəzifələri kimi ayrıca vəzifə şəklində icra olunmağa başladı. 1968-ci ildə öz xahişi ilə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsindən azad olunaraq bütün gücünü diplomatik fəaliyyətə həsr edir. O, 1980-1988-ci illərdə baş vermiş İran-İraq müharibəsi zamanı SSRİ-nin sülh üçün vasitəçilik komandasının da üzvü olub.

Nazir olduğu müddətdə Azərbaycan diplomatlarının SSRİ-nin səfirliklərində işləməsinə diqqət yetirib. SSRİ Ali Sovetinin 4-cü, Azərbaycan SSR Ali Sovetinin 3, 5–7-ci çağırışlarının deputatı olub. 1983-cü ildə təqaüdə çıxıb, 1991-ci il oktyabrın 26-da vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗