Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Ümbülbanu xanım — həyatı və yaradıcılığı.
Ümbülbanu xanım 1908-ci il yanvarın 31-də əmisi oğlu Məhəmməd Əmin Rəsulzadə ilə ailə qurub. 4 ovladı olub. Qızı Lətifə-1910-cu ildə doğulub.
1929-cu ildə əslən Lahıcdan olan Damad Müslümzadə ilə ailə qurub. 1939-cu ildə həyat yoldaşını "Müsavat" Partiyası ilə əlaqəyə görə həbs ediblər. 1941-ci ildə isə onu övladları Firuzə və İşvə ilə Qazaxıstana-Semipalatinsk vilayətinə sürgünə göndəriblər. Üçüncü övladı Sona isə xəstə olduğundan sanatoriyada saxlanılıb.
Lətifə xanımla qızı İşvə Qazaxıstanda 1943-cü ildə soyuqdan və aclıqdan ölür. Firuzə isə təsadüfən sağ qalır. Ehtimala görə, o da xəstəlikdən sağalmayıb və dünyasını dəyişib.
Kiçik qızı Xalidə 1916-cı ildə doğulub. Anasının ölümündən sonra Qazaxıstanda-Taldı-Kurqanda qala bilmir. Həyatını riskə ataraq 1943-cü ildə sürgündən qaçıb Bakıya gəlir.
Bir müddət Seyid Hüseynin evində qalır, sonra buranın nəzarətdə olduğunu hiss edib, Şamaxı istiqamətinə gedir və sonradan ondan heç bir məlumat alınmır. Oğlu Rəsul 1918-ci ildə doğulub. 1934-cü ildən təqib edilib.
1937-ci ilin iyulun 15-də Novxanıdakı bağlarında həbs olunaraq 19 yaşında güllələnib. Oğlu Azər M. Ə.
Rəsulzadə həbsdə olarkən, 1920-ci ildə doğulub. M. Ə.
Rəsulzadə Stalin onu Moskvaya apararkən evə gedib, ailəsi ilə görüşə bilib. İki aylıq uşağın adını dəyişib (əvvəl adı Əliheydər olub) Azər qoyub. 1937-ci ildə sürgünə göndərilən Azər 1993-cü ildə Qazaxıstanda- Karaqandada dünyasını dəyişib və Novxanı qəbirstanlığında dəfn edilib.
Ümbülbanu xanım 1920-ci ildən sonra təqiblərlə dolu həyat yaşamasına baxmayaraq M. Ə. Rəsulzadənin fəaliyyətinə haqq qazandırıb, onu müdafiə edib. 1937-ci ildə, "Böyük Təmizlik" zamanı NKVD Ümbülbanu xanımı, Məhəmməd Əminin anası Maral xanımı, qızı Xalidə və oğlu Azəri sürgün edib. 1937-ci ildə istintaq zamanı onun mübarizliyi erməni zabitlərini belə heyrətə gətirir.
… Oğlu Rəsul güllələndikdən sonra ailəsi ilə birlikdə əvvəl Qazaxıstanın Çolak-Kurqan yaşayış məntəqəsində, sonradan isə Taldı-Kurqanda-sovxozda məskunlaşıblar. Oğlunun ölümünü unuda bilməyən Ümbülbanu xanımın ağır sürgün həyatında ürəyi partlayıb, 1940-cı ildə dünyasını dəyişib…
