Qara bəy Qarabəyov — həyatı və yaradıcılığı

Şrift
Qara bəy Qarabəyov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Qara bəy Qarabəyov — həyatı və yaradıcılığı.

Qara bəy Qarabəyov 1873-cü ilin yanvarın 14-də Yelizavetpol quberniyasının Yuxarı Əyyublu (Şiştəpə) kəndində doğulub. 1892-ci ildə Moskva Universitetinin Tibb fakültəsinə daxil olub və H. Z. Tağıyevin vəsaiti hesabına təhsil alıb.

1896-cı ildə "inqilabi" fəaliyyətinə görə bir il həbs cəzasına məhkum edilib, həbsdən sonra təhsilini Yuryev (Tartu) Universitetinin tibb fakültəsində davam etdirib. 1901-ci ildə Bakıya qayıtdıqdan sonra şəhərdə ilk dəfə olaraq zöhrəvi xəstəliklərin müalicəsi üzrə kabinet açıb. Aprel işğalından sonra həbs edilərək Arxangelskdəki Solovki həbs düşərgəsinə göndərilib. O, Nəriman Nərimanovun xahişi və V.

İ. Leninin müdaxiləsi nəticəsində 1923-cü ildə həbsdən azad edilir. Moskvaya köçərək Rusiya fövqəladə komissarlığının xəstəxanasında həkim işləyir, Kreml xəstəxanasına rəhbərlik edir. 1924-cü ildə Qazaxıstana köçür.

1934-də gizli olaraq Bakıya gəlir. Burada bir ermənini döydüyü üçün həbs edilir, həbsdən buraxılaraq Səmərqəndə göndərilir. 1936-cı ildə Səmərqənddə vərəm sanatoriyasının baş həkimi işləyir.

Pantürkist iddiaları ilə həbs edilərək 10 il müddətinə Kolımaya sürgün olunur. 1947-ci ildə Bakıya qayıtdıqdan sonra burada iş və qeydiyyat problemləri ilə üzləşdikdən sonra yenidən Səmərqəndə gedir. O, “Hümmət” partiyasının yaradanlardan biri, İttifaqi-Müslimin üzvü, "Difai" Partiyasının rəhbərlərindən olub.

1906-cı ildə İrana mühacirət edərək inqilabi fəaliyyətini davam etdirir. Qara bəy 1906-cı ilin fevral ayının 20-də Tiflisdə başlanan erməni-müsəlman danışıqlarında Qafqazın türk əhalisini təmsil edib. 1908-ci ildə İstanbulda "Səadət" adlı təşkilat yaradıb. Həmin il hakimiyyətə gələn "Gənc türklər" Qarabəyliyə vəzifə təklif etsələr də o, bundan imtina edir, 1911-ci ildə Bakıya gəlir.

"Haqq yolu" adlı jurnal buraxır. Sonralar "Kaspi" və "Yeni həyat" qəzetlərinin baş redaktoru olur. Mart soyqırımından sonra Bakını tərk edərək Dağıstana gedir.

AXC Parlamentinə keçirilən əlavə seçkilərdə Bakı Şəhər İdarəsi kvotasından parlament üzvü seçilir. "İttihad" Partiyasının sədri olan Qara bəy Qarabəyov müxtəlif qəzaları, kəndləri gəzir, nitqlər söyləyirdi. 1953-cü ildə Səmərqənddə vəfat edib. Ölümündən 13 il sonra rəsmi bəraət alıb…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗