Mir Hidayət bəy Mir Adil oğlu Seyidov 1887-ci ildə Gəncədə doğulub.1906-cı ildə Gəncə gim…

Şrift
Mir Hidayət bəy Mir Adil oğlu Seyidov 1887-ci ildə Gəncədə doğulub.1906-cı ildə Gəncə gim…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mir Hidayət bəy Mir Adil oğlu Seyidov 1887-ci ildə Gəncədə doğulub. 1906-cı ildə Gəncə gim….

Mir Hidayət bəy Mir Adil oğlu Seyidov 1887-ci ildə Gəncədə doğulub. 1906-cı ildə Gəncə gimnaziyasını bitirib, Kazan Universitetində hüquq təhsili almağa baslayıb, lakin 1907-ci ildə eserlərin döyüş dəstəsinə üzv olmaqda ittiham edilərək həbs edilib və universitetdən qovulub. 3 dəfə əfv üçün müraciət etdikdən sonra azad olunub və Azərbaycana qayıdıb. 1914-cü ildə ruslar Ərzurumu işğal etdikdən sonra Mir Hidayət bəy Seyidov Azərbaycanda xalqı təşkilatlandıraraq Ərzurumun müdafiəsinə kömək göndərib. İrəvan və Naxçıvan quberniyalarının Müsəlman Milli Şurasının sədri olub.

Sonralar Tiflisə gedərək Zaqafqaziya Seymində Müsəlman Fraksiyasının üzvü olub. 1918-ci ilin mayın 27-də yaradılmış AXC Milli Şurasında sədr müavini olub. Azərbaycan Cümhuriyyəti parlamentində Müsavat partiyasını təmsil edib. İrəvanın Ermənistana verilməsi haqqıda qərarın əleyhinə səs verən 3 məclis üzvündən biridir. 1918-ci ildən etibarən daşnakların Naxçıvana hücumlarının qarşısını almaq üçün bura qayıdır və Ordubadın müdafiə olunmasında iştirak edərək, Ordubad Milli Müdafiə Şurasına sədrlik edir. 23 fevral 1919-cu ildə Ordubadda vəfat edib.

Onun hansı şəraitdə, necə öldüyü haqda dəqiq məlumat yoxdur. AXC Parlamentinin 6 mart 1919-cu il tarixli 20-ci iclasında onun vəfatı barədə məlumat elan edilib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗