Musa Ələkbərov — həyatı və yaradıcılığı

Şrift
Musa Ələkbərov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Musa Ələkbərov — həyatı və yaradıcılığı.

Musa Ələkbərov 1888-ci ildə tarixi Bərmək mahalının Xızı kəndində doğulub. 1900-cü ildə Bakıya köçüb."Dağ pişiyi" ləqəbi ilə tanınan Musa Ələkbərov Bakı qoçuları arasında igidliyi ilə ad çıxarmışdı. Dağlı Musa erməni neftxudalarına qarşı və qoçularına qarşı son dərəcə barışmaz olub.

Onun ən böyük xidmətlərindən biri Böyük Zirə adasında (Nargin) əsir saxlanan türk əsgərlərinə etdiyi köməklik olub. 1914-cü ildə Almaniya Rusiyaya müharibə elan edəndə Türkiyənin Hərbi naziri Ənvər paşa və Daxili İşlər naziri Tələt paşa Qafqazı rusların pəncəsindən qoparmaq istəyirdilər. Bu məqsədlə türklər Qars və Batum tərəfdən Qafqaza daxil oldular.

Sarıqamış altındakı döyüşlərdə üçüncü türk ordusu rus qoşunları tərəfindən məğlub edildi. 90 min nəfərlik ordudan cəmi 10 min nəfər salamat qaldı. 1916-cı ildə say etibarı ilə çoxluq təşkil edən rus qoşunları hücuma keçərək Ərzurumu və Trabzonu tutdular.

Xeyli sayda türk əsir alındı. Onlardan təxminən 600 nəfəri Böyük Zirə adasında saxlanılırdı. Belə bir vəziyyətdə Musa və onun qardaşı Qurbanqulu pulla onları rus əsgərlərindən satın alır, yaxud qaçırıb vətənlərinə yola salırdılar.

Bəzən bir günə 10-14 əsir qaçırılırdı. 1917-ci ildə 200 nəfərdən artıq türk əsir zabit və əsgəri qaçırılır. 1918-ci ildə Bakının erməni-daşnak işğalından azad edilməsində Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ilə bərabər, Bakı qoçularının da rolu olub. Ermənilər Bakıya hücum edəndə, Dağlı Musa və digər qoçular öz vəsaitləri hesabına aldıqları xeyli silah-sursatı camaata paylayıb, müdafiə dəstələri yaradıblar və özləri də döyüşüblər. Nuru paşa "Dağ pişiyi"nə ermənilərə qarşı döyüşlərdə göstərdiyi igidliyə görə leytenant rütbəsi verilməsi haqqında fərman imzalayıb.

Dağlı Musa 1920-ci ilin əvvəlində Nuru paşanın dəvəti ilə Türkiyəyə gedərək Ənvər paşaya təqdim edilib. Burada onun şərəfinə təşkil olunan ziyafətdə Ənvər paşanın sərəncamı ilə polkovnik elan olunub. Dağlı Musa 1934-cü ildə Türkiyədən vətənə qayıdıb və bir müddət sonra Sumbat Topuridze tərəfindən həbs olunub.

1938-ci ildə cəzasını tam çəkdikdən sonra azadlığa buraxılıb. 1956-cı ildə Bakıda vəfat edib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗