Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Rüstəmbəyli/Rüstəmbəyov Mustafa bəy Qəbələ rayonunun Çocuq Pirəlli kəndində (bəzi məlumat….
Rüstəmbəyli/Rüstəmbəyov Mustafa bəy Qəbələ rayonunun Çocuq Pirəlli kəndində (bəzi məlumatlara görə, Aydınqışlaq kəndində) doğulub. Mənbələrdə onun haqqında məlumat azdır. Əsas faktlardan biri odur ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə öz vəsaiti hesabına 20 min cüt çəkmə alaraq Azərbaycan Ordusuna bağışlayıb. 1920-də bolşeviklər onu oğlu Hacı bəylə birlikdə güllələyib (M.
Ə. Rəsulzadə özünün «Azərbaycan Cümhuriyyəti» kitabının sonunda verdiyi «Azərbaycan qurbanlarından bir listə»dəki istiqlal şəhidləri sırasında «Ağdaş əyanından» Rüstəmbəyli Mustafa bəyin də adını çəkib). …
Onun Qəbələnin Kiçik Pirəlli kəndindəki evi indi də qalır. Mustafa bəyin Qəbələnin Mamaylı kəndində doğulmuş Rüstəmbəyli Şəfi bəydən başqa, Cəfər bəy, Hacı bəy və Baxış bəy adlı oğulları da olub – Ə. Haqverdiyev «Ağac kölgəsi» hekayəsində bu barədə məlumat verir.
Bir mühüm faktı da qeyd edək ki, onun oğlu Şəfi bəy Rüstəmbəyli "Azərbaycan" qəzetinin redaktoru, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü və Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirinin birinci müavini olub… Azərbaycan Respublikasının sabiq Təhsil nazirinin müavini Ədalət Tahirzadə Şəfi bəyin atası Mustafa bəy Rüstəmbəyov haqqında belə demişdi: "Şəfi bəyin atası Mustafa bəy də Cümhuriyyəti həddindən artıq sevən bir insan idi. Hətta Cümhuriyyət ordusuna 20 min cüt çəkmə və paltar bağışlamışdı.
Mustafa bəyi də Müsavat hökumətinin Daxili İşlər Nazirinin müavininin atası olduğu üçün güllələdilər"…
