Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Yelena Stasova 3 oktyabr 1873-cü ildə Sankt-Peterburqda zadəgan vəkil Dmitri Stasovun ail….
Yelena Stasova 3 oktyabr 1873-cü ildə Sankt-Peterburqda zadəgan vəkil Dmitri Stasovun ailəsində dünyaya gəlib. 6 uşaqdan beşincisi olub. Məşhur memar Vasili Stasovun nəvəsi idi. 13 yaşınadək evdə təhsil alıb, 1887-ci ildə birbaşa qadın gimnaziyasının 5-ci sinfinə daxil olub və cəmi 3 il sonra gimnaziyanı qızıl medalla bitirib. Həmin dövrdə inqilabçı qadın A.
Kollontayla dostluq münasibətləri yaranıb. 20 yaşında V. İ.
Leninin həyat yoldaşı Nadejda Krupskaya ilə tanış olub və hər ikisi fəhlələr üçün bazar məktəblərində çalışıblar. 1901-ci ildən "İskra" qəzetinin agenti olub. Sankt-Peterburqda, Oryolda, Moskvada, Minskdə, Vilnüsdə gizli partiya işi aparıb.
1905–1906-cı illərdə İsveçrədə mühacirətdə olub. 1906-cı ildə Finlandiyada silah, pul və partiya işçilərinin sərhəddən keçirilməsi ilə məşğul olub, elə həmin il həbs edilib. 1907-ci ildə Qafqaza gəlib və 5 il Tiflisdə çalışıb. 1912-ci ildə Peterburqa gedib və valideynlərinin mənzilində həbs olunub. 3 il Yenisey quberniyasında sürgündə olub və Beya kəndindəki evində hələ də xatirə lövhəsi var.
1920-ci ildə Mərkəzi Komitə Stasovanı Bakıya göndərib və həmin il sentyabrın 9-dan 15-nə qədər Azərbaycan KP MK Rəyasət Heyətinin sədri olub. 1938–1946-cı illərdə "Beynəlxalq ədəbiyyat" jurnalının redaktoru olub. Müharibə illərində xarici dilləri bildiyi üçün cəbhəyə getmək istəsə də, icazə verilməyib. 47 yaşında Azərbaycana rəhbərlik edən(yeri gəlmişkən, Azərbaycan qadın dövlət başçısı olan ilk kommunist ölkədir) və Absolyut, Varvara İvanovna, Quşa, Delnaya, Delta, Zelma, Gerta kimi partiya ləqəbləri olan Y.
Stasova 1942-ci ildən ömrünün sonunadək Moskvada yaşayıb. 4 dəfə Lenin ordeni ilə təltif edilib. 1966-cı ildə Yeni il axşamında Moskvada vəfat edib və Qızıl Meydanda dəfn olunub…
