Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Həbib xan Süleyman xan oğlu Şəkinski — həyatı və yaradıcılığı.
Həbib xan Süleyman xan oğlu Şəkinski 1880-ci ildə Şuşa şəhərində doğulub. İbtidai təhsilini molla yanında alıb, sonra Şuşa real məktəbini bitirib. Çar Rusiyası dövründə Zəngəzur qəzasının Dığ nahiyəsində polis pristavı işləyib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəza rəisini əvəz edib. Zəngəzurun Akara, Muradxanlı, Novruzlar kəndləri Həbib xan Şəkinskiyə məxsus olub. Şəki xanı Səlim xanın və Qarabağ xanı İbrahimxəlil xanın nəvəsinin nəvəsidir.
Süleyman xan Şəkinskinin oğlu olan Həsən ağanın oğlu Süleyman xanın oğludur. Həbib Şəkinski Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı Ağca (Həcər) xanım Mirzə Kərim bəy qızı Hacıyeva ilə ailə həyatı qurmuşdu. Süleyman adlı oğlu, Barat xanım və Səriyyə xanım adlı qızları var idi.
O, 1956-cı ildə Bakıda vəfat edib. Azərbaycanın Xalq artisti Barat Şəkinskayanın atasıdır…
