Sovet İttifaqı Kommunist Partiyasının XX qurultayında baş katib Nikita Xruşşov tərəfindən…

Şrift
Sovet İttifaqı Kommunist Partiyasının XX qurultayında baş katib Nikita Xruşşov tərəfindən…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Sovet İttifaqı Kommunist Partiyasının XX qurultayında baş katib Nikita Xruşşov tərəfindən….

Sovet İttifaqı Kommunist Partiyasının XX qurultayında baş katib Nikita Xruşşov tərəfindən 25 fevral 1956-cı ildə oxunan məruzə “Gizli nitq” adlanır. Nitqi zamanı Xruşşov 1953-cü ilə qədər iqtidarda olan Sovet lideri İosif Stalin tərəfindən edilən yanlış hərəkətləri, orduda və partiyada reallaşdırılan repressiyaları, 1925-ci ildən bəri Lenin mükafatının verilməməsini, şəxsiyyətə pərəstişin yaradılmasını tənqid edir. O, 1953-cü ildə, Stalinin ölümündən sonra rəhbərliyə keçən Lavrenti Beriyanın kənarlaşdırılmasını və sonra edam edilməsini təşkil edən şəxs kimi ictimaiyyətin dəstəyini qazanmaq istəyir, həm də o dövrün güclü şəxsləri olan Vyaçeslav Molotov və Georgi Malenkov kimi liderlərə qarşı mövqeyini gücləndirməyə çalışırdı.

Xruşşovun çıxışına “Gizli nitq” deyilməsinin səbəbi nitqin gizli iclasda oxunmasıdır. Nitqin əsas mətni 3 mart 1989-cu ildə “İzvestiya” qəzetində nəşr edilib. Məruzənin mətni bu vəzifə üçün 31 yanvar 1955-ci ildə Mərkəzi Komitənin qərarı ilə xüsusi olaraq yaradılan partiya komisisyası tərəfindən yazılmışdı.

Komissiyanın vəzifəsi 1934-cü ildə XVII qurultayın nümayəndələrinin məruz qaldığı repressiyaları araşdırmaq idi. Qeyd edək ki, həmin qurultaydakı 1996 nümayəndədən 1108 nəfər "əks-inqilabçı" elan edilmiş və 848 nəfər edam edilmişdi. Komissiya aşağıdakı şəxslərdən ibarət idi: Pyotr Pospelov (rəhbər), P.

D. Komarov, Averki Aristov, Nikolay Şvernik. Xruşşov nitqinə gecə yarısı başlayıb və 4 saat davam edib.

Nitq ilə bağlı Qərbə ilk xəbər isə Reuters-in müxbiri Con Rettie tərəfindən verilib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗