Boyük Hun sərkərdəsi Attilanın dəfni ilə bağlı bir neçə fərziyyə var.

Şrift
Boyük Hun sərkərdəsi Attilanın dəfni ilə bağlı bir neçə fərziyyə var.

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Boyük Hun sərkərdəsi Attilanın dəfni ilə bağlı bir neçə fərziyyə var..

Boyük Hun sərkərdəsi Attilanın dəfni ilə bağlı bir neçə fərziyyə var. Birinci ehtimala görə o, Dunay çayının qolu olan Tisa çayının altında basdırılıb. Bu nəzəriyyəyə əsasən, çayın istiqaməti müvəqqəti olaraq dəyişdirilib, onun tabutu çay yatağına qoyulub və sonra yenidən suyun axını ora buraxılıb ki, məzar izsiz qalsın.

Onu basdıran adamların isə dərhal öldürüldüyü və beləliklə, məzarın yerinin gizli saxlandığı deyilir. 2-ci ehtimal: Macarıstan ərazisində basdırılması-Bəzi tarixçilər Attilanın bugünkü Macarıstan ərazisində, xüsusilə də Alföld düzənliyində basdırıldığını güman edirlər. Bu ərazi hunların əsas yaşayış yerlərindən biri olub və ehtimal olunur ki, o, öz xalqına yaxın bir yerdə torpağa tapşırılıb. 3-cü fərziyyəyə görə, Attila Karpat dağlarının ətəklərində və ya Rumıniya ərazisində gizli bir mağarada dəfn edilib.

Bu fikri dəstəkləyənlər hesab edirlər ki, hunlar öz hökmdarlarını dağlıq ərazilərdə gizli yerlərə basdırmaq ənənəsinə sahib idilər. Qeyd edək ki, Attila 453-cü ildə ölüb. Onun ölümü ilə bağlı da fərqli fikirlər var: Ən geniş yayılmış versiyaya görə, o, toy gecəsi burnundan qan açılaraq boğulub ölüb.

Bu, ya yüksək qan təzyiqinin, ya da daxili qanaxmanın nəticəsi ola bilər. Bəzi rəvayətlərə görə isə, o, yeni evləndiyi arvadı İldiko tərəfindən qətlə yetirilib. Bu günə qədər Attilanın məzarının tapılması üçün çoxlu araşdırmalar aparılıb.

2014-cü ildə Macarıstanda Tisa çayı yaxınlığında qədim hun qalıqlarının tapılması bəzi tarixçiləri ümidləndirsə də, bu qalıqların Attilaya aid olduğu sübut olunmadı. Attilanın qəbri hələ də tapılmadığı üçün onun dəfn yeri tarixdə ən böyük sirrlərdən biri olaraq qalır…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗