Mənbələrdə doğum tarixi haqqında dəqiq məlumat olmayan və ya ziddiyətli rəqəmlər verilən…

Şrift
Mənbələrdə doğum tarixi haqqında dəqiq məlumat olmayan və ya ziddiyətli rəqəmlər verilən…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mənbələrdə doğum tarixi haqqında dəqiq məlumat olmayan və ya ziddiyətli rəqəmlər verilən….

Mənbələrdə doğum tarixi haqqında dəqiq məlumat olmayan və ya ziddiyətli rəqəmlər verilən Ruqiyyə Hacıağa qızı Zərbəliyeva sənət təhsilini Bakı aeroklubunda alıb və ilk uçuşunu XX əsrin 30-cu illərinin sonlarında yerinə yetirib. O, Azərbaycanda, Qafqazda və ümumiyyətlə, Yaxın Sərqdə ilk azərbaycanlı qırıcı təyyarəçidir. Həyat yoldaşı Baba İbrahim oğlu Talıbov İkinci dünya müharibəsinə gedib və həlak olub.

Rauf adlı oğlu ilə tək qalan Ruqiyyə Zərbəliyeva sonralar Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini davam etdirərək həkim olur, Qusarda və Bakıda uşaq həkimi kimi çalışır. Ruqiyyə Zərbəliyeva Bakıda yaradılmış "Səfa" müsəlman cəmiyyətinin fəallarından olan və "Difai" partiyasını maliyyələşdirən Kərbəlayı Abdulla Zərbəliyevin nəvəsidir. "Bakı" qəzetinin 1914-cü il yanvar tarixli 5-ci sayında yazdığına görə Kərbəlayı Abdulla Zərbəliyev Bakıda yaradılmış “Səfa” müsəlman cəmiyyətinin yaradıcılarından biri və xəzinədarı, habelə Bakı Şəhər Dumasının üzvü olub.

Ruqiyyə Zərbəliyevanın oğlu Rauf Baba oğlu Talıbov Azərbaycan Politexnik İnstitutunda müəllim və AMEA A. Bakıxanov adına Tarix İnstitutunda elmi işçi vəzifəsində işləyib. R.

Zərbəliyeva haqqında aşağıdakı yazılar dərc olunub: Qanadlı qız (Gənc pilot Ruqiyyə Zərbəliyeva haqqında) / "Gənc işçi" qəzeti, 1941-ci il, 7 mart; Cəfərov N. Qırıcı aeroplan pilotu / "Kommunist" qəzeti, 1940-cı il, 8 mart; Əfruz C. Təyyarəçi qız (Şeir) / Ədəbiyyat qəzeti, 1943-cü il, 22 dekabr və sair…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗