Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Abani Mukerci Stalin repressiyalarının qurbanı olan nadir hindlilərdən biridir. 3 iyun 189….
Abani Mukerci Stalin repressiyalarının qurbanı olan nadir hindlilərdən biridir. 3 iyun 1891-ci ildə Britaniya Hindistanının Cubbulpur kəndində doğulub. Məktəbi bitirdikdən sonra, 1910-cu ildə pambıqçı kimi çalışıb. 1912-ci ildə Almaniyaya və Yaponiyaya göndərilib. Almaniyada olarkən sosializm ilə tanış olub və bu ideologiyanın yolu ilə getməyə başlayıb.
Sonra Kəlküttəyə qayıdır və pambıqçı Endrü Yuli Millin yanında çalışır. 1914-cü ildə Raşbehari Bose ilə görüşüb inqilabi fəaliyyətə atılır. 1915-ci ildə silah oğurlamaq üçün Yaponiyaya göndərilir. Sinqapurda tutulur və Fort Kemminq həbsxanasında 2 il dustaq olur.
2 ildən sonra qaçmağı bacaran Abani Hollandiyanın tərkibindəki hind adalarında yaşamağa başlayır. Sonra dözmür və 1919-cu ildə Kommunist İnternasionalına qoşulmaq üçün Moskvaya gəlir. Burada Lenin ilə şəxsən görüşür.
İnternasional ərəfəsində Leninin katibəsi Roza Fitinqova ilə əlaqə saxlayır. Sonra bu əlaqə evliliyə qədər çatır və Abani Roza ilə evlənir. Bu evlilikdən Qora və Maya adında övladlar doğulur.
Qora 1942-ci ildə Böyük Vətən Müharibəsində qanlı Stalinqrad döyüşündə qəhrəmancasına həlak olur. 1920-ci ilin sentyabrında Şərq Xalqları Qurultayında iştirak etmək üçün Bakıya gəlir. Azərbaycanlılar və xüsusilə də Nəriman Nərimanovla əlaqə saxlayır. 1921-ci ildə Hindistana qayıdıb Hindistan Kommunist Partiyasını qurur. Buradakı sosialistlərin qaldırdığı Malabar qiyamı barədə Leninə xəbər yollamaq üçün Hindistanda qalır.
Malabar üsyanı üçün Leninə məktub yazır. Məktub Lenin tərəfindən bəyəniləndən sonra KP MK-nın üzvü olur və adını Abani Trayloviç Mukerci edir. Moskvaya köçür və burada inqilabçı kimi yaşayır.
1928-ci ildə bəzi Hindistan sosialistləri onunla yola getmədiyindən Mukerci özünün qurduğu HKP-dən ayrılır və Hindistan SSR adlı bir ideya da yox olur. 1930-cu illərdə Abani artıq SSRİ Elmlər Akademiyasının Şərq İnsitutunda akademik kimi çalışırdı. 2 iyun 1937-ci ildə, ad gününə bir gün qalmış həbs olunur. Marksizmə lənətlər yağdırdığı üçün oktyabrın 28-də repressiya qurbanı olur…
