Raziyə Şabani Cənubi Azərbaycan siyasətçisidir — həyatı və yaradıcılığı

Şrift
Raziyə Şabani Cənubi Azərbaycan siyasətçisidir — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Raziyə Şabani Cənubi Azərbaycan siyasətçisidir — həyatı və yaradıcılığı.

Raziyə Şabani Cənubi Azərbaycan siyasətçisidir. 1925-ci il mayın 30-da Təbriz şəhərində anadan olub. 1941-ci ildə ailəsi ilə birlikdə Tehrana köçüb.

1937-ci ildə həbs olunmuş 53-lərdən biri olan Rza İbrahimzadə ilə ailə qurub. Bu evlilikdən sonra siyasi fəaliyyətə başlayıb. 1941-ci ildə qurulmuş Tudə Partiyasına üzv olub.

1945-ci ildə həyat yoldaşı ilə birlikdə Təbrizə gəlib və Azərbaycan Demokrat Firqəsinə üzv olub. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra aktiv fəaliyyət göstərib. 1946-cı ilin aprel ayında Təkistanda həbs olunub və bir ay Qəzvində həbsdə saxlanılıb.

1946-cı il dekabrın 13-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil olub. Bir neçə günlük döyüşlərdən sonra Azərbaycan Milli Hökuməti süqut edib. Bu dövrdə Tehranda olan Raziyə Şabani bir müddət hökumət qüvvələrindən gizlənməli olub.

1947-ci ilin fevral ayında Pəhləvi rejiminin məmurları tərəfindən həbs olunub. Həbs olunanda hamilə olub. Bir müddət Tehranda saxlanıldıqdan sonra Təbrizə köçürülüb.

Hökm oxunduqda isə artıq oğlu dünyaya gəlmişdi. Bəzi tarixçilərə görə, Raziyə Şabani İranın ilk qadın siyasi məhbusudur. 6 il həbsdə qaldıqdan sonra azad olunub.

Bir müddət ölkədə qaldıqdan sonra, 1955-ci ildə SSRİ ərazisinə keçir və burada mühacirətdə olan həyat yoldaşına qovuşur. Tacikistanda yaşadığı dövrdə universitetdə təhsil alıb və fars dili müəllimi olub. 1979-cu ildə İran İslam İnqilabından sonra İrana geri qayıdıb.

8 il orada yaşadıqdan sonra, əvvəlcə Azərbaycana, daha sonra isə Almaniyaya mühacirət edib. 2001-ci ildə öz xatirələrini yazıb və kitab kimi nəşr etdirib. Qısa zamanda məşhurlaşan kitabı İranda qadağan olunub.

Raziyə Şabani İbrahimzadə 2013-cü il yanvarın 28-də Almaniyanın Köln şəhərində dünyasını dəyişib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗