TARİXÇƏ… Bayramov Əli Bayram oğlu — həyatı və yaradıcılığı

Şrift
TARİXÇƏ… Bayramov Əli Bayram oğlu — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə TARİXÇƏ… Bayramov Əli Bayram oğlu — həyatı və yaradıcılığı.

TARİXÇƏ… Bayramov Əli Bayram oğlu 1889-cu ildə Şamaxı qəzasının Lahıc kəndində doğulub. 1912-ci ildə Bakı gəmiçilik məktəbini bitirib. Sol eserlərin fəal nümayəndəsi olub, Fevral inqilabından (1917) sonra Bakı Fəhlə və Əsgər deputatları Sovetinin deputatı seçilib, 1917–1918-ci illərdə Bakı, Cavad, Lənkəran, Şamaxı və s.

qəzalarda sovet hakimiyyətinin qurulması uğrunda fəaliyyət göstərib. 1918-ci ildə Bakı XKS silahlı qüvvələri tərkibində gəmi kapitanı vəzifəsində əks-inqilaba qarşı vuruşub, 1918-ci il 15 sentyabr tarixində Bakı Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinə qarşı Gəncədə gizli inqilabi iş aparıb. 1919-cu ilin əvvəllərində Bakıya qayıdıb, mayda Cümhuriyyət Hökumətinə qarşı fəhlə tətillərinin keçirilməsində fəal iştirak edib.

1919-20-ci illərdə "Hümmət" təşkilatının rəhbərlərindən biri, RK(b)P Qafqaz Ölkə Komitəsi yanında gizli hərbi inqilab qərargahının üzvü olub. Paris sülh konfransında (1919-20) Ali Şuranın Azərbaycanın istiqlaliyyətini tanımasını Azərbaycan xalqına və bütün Şərqin müsəlman xalqlarına qarşı "böyük xəyanət" adlandırmışdı. "Paris cəlladlarının Zaqafqaziyada siyasəti" adlı məqaləsində o, Antanta dövlərinin bu addımını imperialist dövlətlərin qəsbkarlıq planları kimi qiymətləndiriridi.

Bayramov 1920-ci ilin fevralında Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının I qurultayında Mərkəzi Komitənin üzvü seçilib. AXC hökumətini silahlı üsyan yolu ilə devirməyə çağıran bəyannaməni Əli Bayramov da imzalamışdı. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Əli Bayramovun öldürülməsi ilə əlaqədar məsuliyyətə cəlb edilənlər Azərbaycan SSR Ali İnqilabi Tribunalının 28 may 1920-ci il tarixli hökmü ilə müqəssir sayılmış və onların 15 nəfəri güllələnməklə ölüm cəzasına, digərləri isə uzunmüddətli həbs cəzasına məhkum olunmuşdular.

M. Ə. Rəsulzadə Əli Bayramovun qətlindən hökumətə qarşı böhtan məqsədilə istifadə olunduğunu bildirmişdi.

1920-ci il aprelində öldürülüb. Birinci Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanda onun adına şəhər (Əli Bayramlı – indiki Şirvan), Bakıda küçə var idi…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗