Vətənim Media xəbər verir ki, Cəbrayıl rayonunda minanın partlaması nəticəsində xəsarət alan 1966-cı il təvəllüdlü Əşrəf Qəhrəmanov Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, sağ ayağının topuq nahiyəsindən amputasiya ilə müşayiət olunan ağır xəsarət alıb və cərrahi əməliyyat keçirib.
Hazırda Qəhrəmanovun müalicəsi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir. Məlumata görə, hadisə Cəbrayılın Dağmaşanlı kəndi ərazisində baş verən iki mina partlayışından sonra qeydə alınıb. Əvvəlcə onun oğlu Orxan, daha sonra hadisə yerinə daxil olan Əşrəf Qəhrəmanov minaya düşərək xəsarət alıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Əşrəf Qəhrəmanov 2016-cı ildə şəhid olan Ruhin Qəhrəmanovun atasıdır. Orxan Qəhrəmanov isə şəhidin qardaşıdır. Ruhin Qəhrəmanov aprelin 2-də Lələ Təpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə həlak olub və ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.
Əsas mənbə: APA
